Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Stoltenberq Kiyevə gedib


Stoltenberq (ortada) Kiyevdə
Stoltenberq (ortada) Kiyevdə

NATO Baş katibi Yen Stoltenberq (Jens Stoltenberg) Rusiya ötən ilin fevralında Ukraynaya hərbi müdaxiləyə başlayandan ilk dəfə olaraq Kiyevə səfər edib. Məlumatı alyans rəsmisi aprelin 20-də açıqlayıb.

“NATO Baş katibi Ukraynadadır. Mümkün qədər tez əlavə informasiya paylaşacağıq”, – adının çəkilməsini istəməyən rəsmi mediaya deyib.

Öncədən elan edilməmiş səfər zamanı Stoltenberü Kiyevin mərkəzində həlak olmuş əsgərlər üçün memoriala baş çəkib, Ukrayna rəsmiləri ilə söhbət edib. Ukrayna mediası görüntülər yayıb.

+++

Dnepropetrovsk Rusiya dronları ilə vurulub

Artıq ikinci gündür Rusiya İran istehsalı dronlarla Ukraynada mülki və infrastruktur hədəfləri vurur, bu haqda ordu aprelin 20-də məlumat yayıb. Moskvanın şərqi Donetsk vilayətində hücumu davam etdirdiyi, Baxmut şəhərinin aylarla davam edən müqavimətini qırmağa çalışdığı bildirilir.

Cənub-şərqdə yerləşən Dnepropetrovska altı dron atılıb. İtkilər barədə məlumat yoxdur.

Ukrayna Hava Qüvvələri Komandanlığı isə ölkənin cənub-şərqində 10-dək İran istehsalı Rusiya dronunun vurulduğunu bildirib.

Patriot sistemləri Ukraynaya çatır

Baxmut, Avdiyevka, Mariinka şəhərlərinə Rusiyanın azı 55 hücumunun qarşısının alındığı xəbər verilir. Ancaq döyüş zonasından xəbərləri müstəqil təsdiqləmək mümkün deyil.

Ukrayna aprelin 19-da Patriot havadan müdafiə sistemlərinin ilk partiyasını aldığını təsdiqləyib. Bu arada ABŞ Ukraynaya 325 milyon dollarlıq hərbi yardım paketi açıqlayıb.

“Bu gün gözəl Ukrayna səması daha təhlükəsiz yerə çevrilib, çünki Patriot sistemləri Ukraynaya çatıb”, – Müdafiə naziri Oleksey Reznikov Twitter-də yazıb.

Mobil yer-hava tipli Patriot sistemi dünyada ən müasir avadanlıqlarda biri sayılır, təyyarə, ballistik və kruiz raketlərinə qarşı istifadə oluna bilər.

325 milyon dollarlıq paketə nələr daxildir

Rusiya oktyabrda Ukraynanın enerji infrastrukturuna zərbələr endirəndə ABŞ və Almaniya Ukraynaya Patriot sistemləri vəd edib.

ABŞ-ın 325 milyon dollarlıq əlavə hərbi yardımına isə böyük sayda artilleriya mərmisi, sursat daxildir. Paket çərçivəsində HIMARS sistemləri üçün raketlər də göndəriləcək. Pentaqon Kiyevin bu sistemlərdən, eləcə də digər hərbi avadanlıq, kiçik silahlar, tank əleyhinə sursatdan səmərəli istifadə etdiyini bildirir.

Bu təchizat Pentaqonun inventarından götürüləcək deyə, cəbhə xəttinə tez göndərilə bilər. Bu arada Ukraynanın Rusiya qüvvələrinə qarşı əkshücuma hazırlaşdığı bildirilir.

XS
SM
MD
LG