15:05
6.6.2014
"BERKUT" ÜZVLƏRİ İŞDƏN ÇIXARILDI
Ukrayna daxili işlər naziri Arsen Avakov öz FB səhifəsində yazır ki, Çerniqov vilayət daxili işlər idarəsinin 8 keçmiş “Berkut” əməkdaşını işdən çıxarıb. Onların Ukraynanın şərqindəki antiterror əməliyyatlarında iştirakdan imtina etdiklərini yazan Avakov, yazır ki, onları müzakirə aparmadan dərhal işdən çıxarıb və əlavə edir ki, digər keçmiş “Berkut” əməkdaşları Krasnıy Liman uğrunda gedən döyüşlərdə özlərini ən yaxşı tərəfdən göstəriblər.
Xüsusi təyinatlı “Bekut” polis dəstəsi Maydan hadisələrində etirazçılara qarşı xüsusi qəddarlıqla seçilidilər. Prezident Yanukovych hakimiyyətdən devriləndən sonra “Berkut” dağıldı, onların böyük bir qismi yeni hakimiyyətin polis orqanlarında qalsalar da, bəzi əməkdaşları Krımda və Ukraynanın şərqində separatçılara qoşuldu. Bu günlərdə, onlarla sabiq “Berkut” əməkdaşı Moskva polisində işə götürülüb.
14:51
6.6.2014
DONETSKDƏ UKRAYNA TV-LƏRİ BAĞLANIR
Özlərini "Donetsk xalq respublikasının" liderləri elan etmiş separatçılar Donetskdə Ukrayna kanallarını qadağan ediblər. Bu elanda Ukrayna TV kanallarının yayımını həyata keçirən şirkət öz müştərilərindən üzr istəyir, yazır ki, separatçılar bu kanalların verilişlərin kəsilməsini tələb ediblər.
TV kanalın tonunda təəsüf var, seçim imkanları isə yoxdur. Separatçıların "Kalaşnikov" kimi çox güclü arqumentləri var.
13:53
6.6.2014
SƏRHƏD ZOLAĞINDA AĞIR DÖYÜŞLƏRİN İZİ
Ukrayna ilə Rusiya sərhəddindəki Marinka keçid məntəqəsi iyunun 5-də 2 tərəfdən hücuma məruz qalıb. Ukrayna sərhəd xidmətinin yaydığı görüntülərdə sərhəddin Ukraynaya məxsus hissəsində separatçıların məhv edilən hərbi yük maşını görünür.
11:04
6.6.2014
#Ukrayna Sərhəd keşikçiləri «aşırı gərginlik» səbəbindən geri çəkilib http://t.co/aT6xfyPyKU
— AzadliqRadiosu (@RadioAzadliq) 6.6.2014