Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 01:20

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
20:27 9.6.2014

ATƏŞKƏS ƏLDƏ OLUNMADI



Ukraynanın şərqində silahlı münqaişənin dayandırılması prosesi gedir. Ukraynanın silahlı qüvvələrinin Ali baş komandanı kimi prezident Petro Poroshenko praktiki tədbirlər görür. Bu haqda mətbuata açıqlama verən Ukraynanın müdafiə naziri Mikhail Koval bildirir ki, prezident Ukraynanın şərqindəki bütün problemlərin dinc yolla həllinə yönələn kurs seçməklə Donbassda hadisələrin xaricdə hazırlanan ssenari üzrə inkişafının qarşısını alıb. Onun sözlərinə görə, ancaq terror yolunu seçənlərə qarşı güc işlədiləcək.

Lakin separatçılar Ukrayna tərəfini atəşkəs razılığını pozmaqda ittiham edirlər. İyunun 9-da Donetskdə çıxış edən separatçıların nümayəndəsi jurnalistlərə deyib ki, Ukrayna daxili işlər naziri Arsen Avakovla özünü Donetsk xalq respubilkasını lideri elan edən Denis Pushilin arasında Slavyanskda atəşi dayandırmaq və humanitar dəhliz açılması haqda razılıq əldə olunsa da, Ukrayna tərəfindən şəhər bombardman edilib. Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələrindəki radikallar yuxarıdan gələn əmrlərə tabe olmayaraq özləri bildiyi kimi hərəkət edirlər.

Lugansk separatçıları isə şəhər aeroportundakı uçuşların dayandırlamasını elan ediblər. İyunun 8-də Ukrayna tərəfi sialhlı dəstələrin Luqansk aeroportuna hücumu haqda xəbər yaymışdılar.
18:05 9.6.2014

ƏSİR UKRAYNA ƏSGƏRLƏRİNİN "MƏTBUAT KONFRANSI"


Bu videonu sosil şəbəkədə paylaşan BBC əməkdaşı Rusiya jurnalistlərinin əsir alınmış Ukrayna əsgərlərinə verdikləri suallara diqqət çəkir. Onun fikrincə Rusiyalı həmkarları peşəkar jurnalistən çox, istintaq aparan başqa peşə sahibləri kimi özlərini aparırlar.
16:19 9.6.2014

POROSHENKONUN 1 HƏFTƏYƏ SÜLH PLANI MÜMKÜNDÜRMÜ?

Babay ləqəbli separatçı liderləindən biri Rusiyada axtarışdadır
Babay ləqəbli separatçı liderləindən biri Rusiyada axtarışdadır


Ukrayna prezidenti Petro Poroshenko özünün ilk iş günlərində elan etdi ki, bu həftə Donbass-da sülh yaranacaq. Onun bu bəyanatı əvvəl Rusiya prezidenti və Qərb liderləri, sonra isə Kiyevdə Rusiya səfiri ilə görüşlərindən dərhal sonraya təsadüf edir. Poroshenko-nun sülh planı varmı, varsa onun məzmunu necədir – bilinmir. Ukraynada getdikcə populyarlaşan analitik Dmitriy Tymchuk prezindentin bəyanatından sonra hadisələrin inkişafının 3 varinatını mümkün hesab edir.

1.Antiterror əməliyyatının tez bir zamanda və uğurla başa çatdırılması. Lakin indiki templə və ATƏ-nın indiki imkanları belə bir nəticə mükün deyil.

2.ATƏ əməliyyatları davam etdirlir və Putinlə razılıq əldə olunur ki, Ukraynaya göndərilən Rusiya yaraqlıları geri çağırılsın, sərhəd nəzarətə götürlsün və Donbass separatçılarının “yeni nəfəs” yolu kəsilsin. Bu varinatı şərh edən Tymchuk yazır ki, bu varinatın əsasında V.Putinin vədləri durur və əvvəla, onun sözlərinə inanmaq üçün gərək sadəlöhv və ağılslz olasan – Poroshenko belə adam deyil, ikincisi isə əgər Rusiya silahlı separatçı qruplaşmalara dəstəyini kəssə belə, onların tör-töküntülərini zərəsizləşdirmək üçün 1 həftə vaxt kifaəyt deyil.

3-cü ssenari isə Donbass-dan imtina etmək və onun Dnestryanı region kimi qanunsuzluq hökm sürən bir əraziyə çevrilməsini kənardan müşahidə etməkdir. Tymchuk bu varinatın ehtimalını da az sayır.
13:00 9.6.2014

SLAVYANSKDA MÖVQE DÖYÜŞLƏRİ DAVAM EDİR


Ukrayna təhlükəsizlik qüvvələri Slavyansk separatçılarının atəş nöqtələrinə artilleriya zərbələri endirməkdə davam edir. İyunun 7-8-də buradakı ağır döyüşlərdə şəhərin bir sıra mərkəzi binaları bomba zərbələrindən dağılıb. Ukrayna ordusu bu binalarda yaraqlılarlın mövqe tutduğunu iddia edir. Separatçılar və Rusiya mediası isə Ukrayna ordusunu dinc sakinlərin evlərini dağıtmaqda günahlandırır.

Davamı

XS
SM
MD
LG