Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:48

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
13:53 6.6.2014

SƏRHƏD ZOLAĞINDA AĞIR DÖYÜŞLƏRİN İZİ


Ukrayna ilə Rusiya sərhəddindəki Marinka keçid məntəqəsi iyunun 5-də 2 tərəfdən hücuma məruz qalıb. Ukrayna sərhəd xidmətinin yaydığı görüntülərdə sərhəddin Ukraynaya məxsus hissəsində separatçıların məhv edilən hərbi yük maşını görünür.
14:51 6.6.2014

DONETSKDƏ UKRAYNA TV-LƏRİ BAĞLANIR



Özlərini "Donetsk xalq respublikasının" liderləri elan etmiş separatçılar Donetskdə Ukrayna kanallarını qadağan ediblər. Bu elanda Ukrayna TV kanallarının yayımını həyata keçirən şirkət öz müştərilərindən üzr istəyir, yazır ki, separatçılar bu kanalların verilişlərin kəsilməsini tələb ediblər.

TV kanalın tonunda təəsüf var, seçim imkanları isə yoxdur. Separatçıların "Kalaşnikov" kimi çox güclü arqumentləri var.
15:05 6.6.2014

"BERKUT" ÜZVLƏRİ İŞDƏN ÇIXARILDI

Keçmiş Berkut üzvləri Donetskdə separatçılara qoşulur. Aprel 2014
Keçmiş Berkut üzvləri Donetskdə separatçılara qoşulur. Aprel 2014

Ukrayna daxili işlər naziri Arsen Avakov öz FB səhifəsində yazır ki, Çerniqov vilayət daxili işlər idarəsinin 8 keçmiş “Berkut” əməkdaşını işdən çıxarıb. Onların Ukraynanın şərqindəki antiterror əməliyyatlarında iştirakdan imtina etdiklərini yazan Avakov, yazır ki, onları müzakirə aparmadan dərhal işdən çıxarıb və əlavə edir ki, digər keçmiş “Berkut” əməkdaşları Krasnıy Liman uğrunda gedən döyüşlərdə özlərini ən yaxşı tərəfdən göstəriblər.

Xüsusi təyinatlı “Bekut” polis dəstəsi Maydan hadisələrində etirazçılara qarşı xüsusi qəddarlıqla seçilidilər. Prezident Yanukovych hakimiyyətdən devriləndən sonra “Berkut” dağıldı, onların böyük bir qismi yeni hakimiyyətin polis orqanlarında qalsalar da, bəzi əməkdaşları Krımda və Ukraynanın şərqində separatçılara qoşuldu. Bu günlərdə, onlarla sabiq “Berkut” əməkdaşı Moskva polisində işə götürülüb.
20:24 6.6.2014

PUTİN VƏ POROSHENKO



Normandiya desantının (D-day) 70 illiyini qeyd edən ölkə başcıları birgə foto vəkməyə hazırlaşır. Bu "fotoya hazrılığın fotosunda" isə 2 simvolik məqam var. 1. Ukrayna və Rusiya prezidentləri müxtəlif tərəflərdə dururlar. 2. Putin tək qalıb... Xəbər verilir ki, bu şəkili çəkdirəndən sonra Putin və Poroshenko 15 dəqiqə danışıblar və hətta bir-brinin əlini sıxıblar.

Davamı

XS
SM
MD
LG