00:09
9.6.2014
POROSHENKO - 1 HƏFTƏYƏ ATƏŞ DAYANMALIDIR
Ukrayna prezidenti Petro Poroshenko Rusiya səfiri Mikhail Zurabov-la görüşdə artıq 1 həftə ərzində atəşin dayandırılması, Ukrayna şərqində dövlət qurumlarının işə başlamasını vəd edir. Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhəddinin normal iş rejiminə keçməsi sülh planının əsas hissəsidir. Kiyevəd keçirilən bu görüşü, Fransada Qərb dövlətlərinin vasitəçiliyi ilə baş tutan qısamüddətli Rusiya-Ukrayna danışıqlarının davam kimi qiymətləndirilər.
10:58
9.6.2014
#Ukrayna ilə danışıqlar aparan Rusiya müdafiə naziri nəticə əldə edib http://t.co/Xv5L0SThR2
— AzadliqRadiosu (@RadioAzadliq) 9.6.2014
11:44
9.6.2014
KRIMDA RUSİYA POLİSİ
Ukraynadan Rusiyanın tərkibinə keçmək Krım sakinlərinin həyatında müəyyən dəyişiklik yaradıb. Deyilənlərə görə, Rusiyada pensiyalar Ukraynadan yüksəkdir, valyuta kimi rubl hrivnadan güclüdür, ola bilər ki,maaşlar da artıqdır, Amma yol polisi mənasında Krım sakinlərinin bəxti elə də gətirməyib. Rusiyanın müxtəlif vilayətlərindən yarımadaya ezam olunan polis əməkdaşaları özləri ilə "vətəndaşlarla rəftar ənənələrini də gətitiblər". Bu videonu çəkən adam ictimai nəzarət qrupunun üzvüdür. Deyir ki, vəziyyət Rusiya polisindən ikiqat nəzakət tələb edir, axı Krımlılara göstərmək lazmdır ki, Ukraynadan ayrılmaqda düzgün iş görüblər. O, yol hərəkətini tənzimləmək əvəzinə maneə yaradan polis əməkdaşının kobud hərəkətinin görüntülərini Rusiya prezidentinə göndərəcəiyini deyir.
13:00
9.6.2014
SLAVYANSKDA MÖVQE DÖYÜŞLƏRİ DAVAM EDİR
Ukrayna təhlükəsizlik qüvvələri Slavyansk separatçılarının atəş nöqtələrinə artilleriya zərbələri endirməkdə davam edir. İyunun 7-8-də buradakı ağır döyüşlərdə şəhərin bir sıra mərkəzi binaları bomba zərbələrindən dağılıb. Ukrayna ordusu bu binalarda yaraqlılarlın mövqe tutduğunu iddia edir. Separatçılar və Rusiya mediası isə Ukrayna ordusunu dinc sakinlərin evlərini dağıtmaqda günahlandırır.