15:28
10.6.2014
"Elçibəy əsgəri" nickli oxucumuz bloqun forum hissəsində yazır
"Ukrayna ordusunun berbad halda olmasının günahı ondadır ki,eks prezident Yuşenko başda olmaqla ölkenin diger eks prezidentleri de demek olar ki,ordu quruculuğuna vaxt ayırmayıblar.Rusiya da bundan nece lazımdır yararlanıb,güc nazirliklerine lazımı qeder öz adamlarını yerleşdirib..."
Sənin fikrincə, Ukraynada gedən hərbi qarşıdurmanın arxasında hansı səbəblər və ya qüvvələr durur? Forum açıqdır...
15:33
10.6.2014
Bir #Ukrayna postundan görüntülər/ #ukraine http://t.co/7X8H15M47f
— AzadliqRadiosu (@RadioAzadliq) 10.6.2014
18:37
10.6.2014
SEPARATÇI LİDER PNOMORYOVUN HƏBS XƏBƏRİ YAYILDI
Rusiya medaisı özünü Slavyanskın “xalq meri” elan edən Vyacheslav Ponomaryov-un digər Rusiyameylli yaraqlılar tərəfindən həbs olunduğu haqda xəbərlər yayır. Donetsdəki separatçıların lideri Denis Pushilin jurnalistlərə bildirib ki, xəbəri nə təsdiq, nə də təkzib edə bilər. Separatçılardan bəziləri xəbərin təxribat olduğunu deyirlər.
Ukrayna təhlükəsizlik qüvvələrinin mühasirəsində olan Slavyanskda son günlər ağır döyüşlər gedir. Artilleriya zərbələrindən sonra şəhərin bəzi binaları dağılıb. Dinc sakinlər arasında tələfat olduğu bildirilir. Eyni zamanda şəhər ilə mobil rabitə əlaqəsi kəsilib.
Ukraynanın şərqində hərbi əməliyyatlara cəlb olan hər 2 tərəfdə düşərgədaxili ziddiyətlət haqda daim məlumatlar yayılır. Ukrayna tərəfdə könüllü batalyonlar və sərhəd qoşunları ordu rəhbərləiyindən dəfələrlə şikayət edib.
Donetsk separatçıları arasında da ziddiyətlətin ən parlaq nişanəsi mayın 29-da separatçı yaraqlılardan ibarət Vostok batalyonu qondarma Donetsk xalq respublikasının qərargahını oradakı silahlılardan təmizləməsi sayıla bilər.
20:40
10.6.2014
DONETSKDƏ "HÜQUQİ" DÖVLƏT YARADILIR
Ukraynanın şərqində hakimiyyəti ələ keçirən silahlı qruplaşmalar burada öz qaydalarını tətbiq edir. Donetskdə və Luqanskda hərbi vəziyyət elan edib səfərbərlik keçirmək istəyən kim, girov götürən kim, bəyənmədikləri biznesmenlərin şirkətlərini milliləşdirən kim... Silahlı hakimi-mütləqlər həm qanunverici, həm icraedici, həm də məhkəmə hakimiyyətidirlər. Görüntülərdə 2 nəfər Donetsk küçələrində təmizlik işi aparır. Onların üstünə lövhə yapışdırılıb "Mən oğruyam". Nə oğurlayıblar, haradan oğurlayıblar, kim müəyyən edib ki, oğurluğu məhz bu adamlar edib? Məlum deyil. Ancaq onu demək olar ki, "oğruların" keşiyini çəkən adamın əlindəki avtomat ya Ukrayna silahlı birləşmələrinin anbarından oğurlanıb, ya da qaçaqmalçılıqla Rusiyadan Ukraynaya keçirlib.