Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:40
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Azərbaycan Fransa Senatının qətnaməsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə təklifinə münasibət bildirib.

Aşıqlamada qeyd edilib ki, Azərbaycanın Fransadakı səfiri qətnamənin səsverməsindən bir gün öncə (noyabrın 24-də) Senat üzvləri qarşısında çıxış edib və əks olunan birtərəfli və həqiqətə uyğun olmayan məqamlarla bağlı ətraflı məlumat təqdim edib:

“Buna rəğmən Senat tərəfindən tamamilə qərəzli qətnamənin qəbul edilməsi, yalnız təxribat kimi qiymətləndirilə bilər. Görünür, Fransa erməniləri münaqişə mövzusundan seçki məqsədləri üçün geniş şəkildə istifadə edirlər.”

XİN vurğulayır ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur:

“Lakin qətnamənin siyasi məna kəsb etdiyini nəzərə alaraq, vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir.”

Açıqlamada habelə qeyd edilir ki, Fransanın münaqişənin həlli ilə bağlı rəsmi mövqeyini dövlətin yüksək səviyyəli rəsmiləri, səsləndirib:

“Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe istər ikitərəfli çərçivədə, istərsə də Avropa İttifaqı ilə imzalanan sənədlərdə öz əksini tapıb.”

XİN hesab edir ki, "Fransa Senatının qərəzli qətnamələr qəbul etmək əvəzinə bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də bölgənin dayanıqlı inkişafına yardımçı olardı".

Milli Məclis Senata etiraz mətni hazırlayır

Azərbaycan Milli Məclisində Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatının mətnini hazırlamaq üçün komissiya yaradılıb.

Bununla bağlı bu gün, noyabrın 26-da Milli Məclisin iclasında qərar qəbul olunub.

Komissiya Səməd Seyidov (sədr), Cavanşir Feyziyev, Əminə Ağazadə və Fazil Mustafadan ibarətdir.

Deputat: "Adekvat cavab vermək lazımdır"

"Azərbaycana bundan sonra təzyiqlər artacaq. Ona görə də bu siqnallara adekvat cavab vermək lazımdır".

Bunu noyabrın 26-da Milli Məclisin plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, bu qətnamədən qorxmaq lazım deyil. Onun fikrincə, Fransanın üzərinə getmək lazımdır ki, ATƏT-in Minsk qrupu həmsədrliyindən imtina etsin.

"Biz Fransaya qarşı müharibə elan edəsi deyilik". Bunu isə Milli Məclisin iclasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Məlahət İbrahimqızı deyib.

Ancaq onun sözlərinə görə, münasibətlərə yenidən baxılmalıdır.

ABŞ-da yeni rəhbərlik Azərbaycanla bağlı siyasətini dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Davamı

XS
SM
MD
LG