Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:44
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.


Xankəndində avtobuslar işləyir

Dağlıq Qarabağın mərkəzi Xankəndidə ictimai nəqliyyatın işi bərpa olunub. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Şəhərdə ictimai nəqliyyat və yol nəqliyyatının tənzimlənməsi, eləcə də elektrik və su təminatı bərpa olunub. Mülki şəxslər evlərinə qayıdırlar", – məlumatda deyilir.

Məlumata görə, Rusiya sülhməramlıları köçkünlərin qayıdışı zamanı təhlükəsizliyi təmin edir, yerli hakimiyyət orqanlarına yolları təmizləməkdə, infrastrukturun bərpasında yardım göstərir.

Türkiyə Fransa Senatının qətnaməsini 'qəbuledilməz' sayır

Rəsmi Ankara Fransa Senatının hökuməti Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağıran qətnaməsini "qəbuledilməz" adlandırır.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "bu qərar beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və ATƏT-in Minsk qrupunun üzvü olan ölkənin qərəzliliyinə dəlalət edir".

Noyabrın 25-də qəbul olunmuş qətnamədə Azərbaycanın hərbi əməliyyatları pislənir, işğaldan azad etdiyi ərazilərdən silahlı qüvvələrini dərhal çıxarması tələb olunur.

Türkiyə XİN isə Fransa senatorlarının bu çağırışlarını "qeyri-ciddi, gülünc, qərəzli və gerçəklikdən uzaq" anlayışın təzahürü kimi dəyərləndirir.

"İstərdik ki, Ermənistanla Azərbaycan arasında 30 ildir davam edən münaqişənin indiki mərhələsində Fransa düzgün nəticələr çıxararaq real sülhün bərqərar olmasından ötrü konstruktiv yanaşma tutsun", – bəyanatda vurğulanır və Türkiyənin bu kontekstdə Fransa ilə işləməyə hazır olduğu deyilir.

Azərbaycan Fransa səfirinə nota təqdim edib

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Məlumatda deyilir ki, “görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını səfirə təqdim edilib”.

Məlumatda daha sonra bildilir:

“Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il saylı müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb”.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Ermənistan parlamentində ‘insident’ olub

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, noyabrın 26-da ölkə Milli Məclisində insident baş verib.

Hakim “Mənim addımım” fraksiyasından deputat Amazasp Danielyan öz çıxışında millət vəkillərindən birinin son vaxtlar tez-tez Azərbaycan mediasında göründüyünü deyib.

“Çiçəklənən Ermənistan” fraksiyasından Gevork Petrosyan bunun cavabında bildirib ki, “Danielyan nağıl danışır”.

Bunun ardınca “Mənim addımım” və “Çiçəklənən Ermənistan” fraksiyalarından olan deputatlar yerlərindən qalxaraq bir-birlərinin üstünə qışqırmağa başlayıblar.

İclasa sədrlik edən vitse-spiker Alen Simonyan zala təhlükəsizlik xidməti əməkdaşlarını dəvət etməli olub.

Ermənistan parlamentinin bugünkü iclasında ölkədə hərbi vəziyyətin ləğv olunması məsələsi müzakirə olunurdu.

Ermənistanda hərbi vəziyyət sentyabrın 27-də elan edilib.

Davamı

XS
SM
MD
LG