Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:40

"Xədicə Layihəsi" beynəlxalq mükafat aldı


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Beynəlxalq “Araşdırmaçı Reportyorlar və Redaktorlar təşkilatı (IRE) 2015-ci il üzrə növbəti qalibləri açıqlayıb.

Mükafatlar 3 medal da daxil olmaqla bir sıra sahələr üzrə verilir.

Xüsusi - "Tom Renner" mükafatına "Xədicə Layihəsi" layiq görülüb.

"Xədicə Layihəsi"ni 2015-ci ildə jurnalist Xədicə İsmayılovanın həbsindən sonra həmkarları başlayıb. Layihənin məqsədi jurnalistin işini davam etdirmək və yeni araşdırmalar hazırlamaq olub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) başlatdığı "Xədicə Layihəsi"ndə AzadlıqRadiosu, Meydan TV, İtaliyanın Araşdırmaçı jurnalist təşkilatı, "TT" xəbər agentliyi, digər beynəlxalq media qurumları və jurnalistlər əməkdaşlıq edib.

Münsiflər qeyd ediblər ki, "Xədicə Layihəsi" üzrə aparılan araşdırmalar yüksək peşəkarlıqla hazırlanıb və hakim elitanın korrupsiya faktlarını üzə çıxarıb.

"Xədicə Layihəsi" üzrə ötən bir ildə azı 10 araşdırma dərc olunub. Araşdırmalar üzə çıxarıb ki, prezident ailəsi ölkədə ən böyük bankların, brend hotellərin sahibidir. Layihədə ötən bir ildə prezident övladlarının Böyük Britaniyada, Rusiyada, Ruminyada milyonlarla dollarlıq mülkləri, ABŞ-dakı Azərbaycan lobbiçiləri haqda da yazı hazırlanıb.

"Xədicə Layihəsi" çərçivəsində hazırlanan başqa bir - Prezident qızlarının "Azercell" Telecom-un paylarını alarkən, dəyərindən az vəsait ödəməsini üzə çıxaran araşdırma beynəlxalq "Qızıl Kürək" mükafatı qazanıb.

Qeyri hökumət təşkilatı olan “IRE” təşkilatı jurnalist araşdırmalarının keyfiyyətinin yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.

Təşkilat 1979-ci ildə yaradılıb.

1976-cı ildə ABŞ-ın Arizona ştatında Don Bolles adlı araşdırmaçı jurnalist mütəşəkkil cinayətkar qrup tərəfindən qətlə yetirilir.

“Araşdırmaçı Reportyorlar və Redaktorlar təşkilatı” onun işlərini davam etdirmək üçün bir araya toplaşıb “Arizona” layihəsini yaradırlar.

Xədicə İsmayılın həmkarlarının bir aya toplaşıb yaratdığı "Xədicə Layihəsi" üzrə mükafatın təqdimat mərasimi bu il iyunun 18-də ABŞ-ın Nyu Orlean şəhərində keçiriləcək.

XS
SM
MD
LG