Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

Həbsxanadan buraxılan, təzədən tutulan, sonra yenə azad edilən məhbuslar


Xersonda müvəqqəti saxlama mərkəzində Rusiya Prezidenti Vladimir Putinin portreti
Xersonda müvəqqəti saxlama mərkəzində Rusiya Prezidenti Vladimir Putinin portreti

Zorlamada ittiham olunan Pavlo məhkəməyə qədər üç il Xersonda həbsdə saxlanıb. Ötən ilin noyabrında o, qəfildən azadlığa çıxıb. Belə ki, martdan bəri şəhərə nəzarət edən rusiyalılar “qaçınca” həbsxana kameraları da boşalıb, qapalı müəssisəyə nəzarət edən rusiyalılar yüzlərlə məhbusu azadlığa buraxıblar.

Pavlonun qaldığı kameranın qapısını açan həbsxana işçisi deyib: “Ürəyiniz hara istəyir, gedin”.

Yenidən saxlananlar, təslim olanlar

Səkkiz ay ərzində davamlı təhdid, zorakılıq, Rusiya nəzarəti altında pis rəftar görən məhbusların çoxu elə belə də edib. Pavlo deyir ki, çoxu evlərinə gedib, çünki şəxsiyyət sənədləri evdə idi.

Noyabrın 11-də Xerson Ukraynanın nəzarətinə qaytarılanda həbsxanada cəmi 11 məhbus qalıbmış. İşğaladək onların sayı 350 idi.

Gedənlərin bəziləri yenidən saxlanıb, bəziləri özləri Ukrayna hakimiyyətinə təslim olub. Ancaq yenidən buraxılanlar da olub. AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma bölməsi olan “Sxemlər” buraxılan məhbusların bəziləri ilə danışıb.

Xerson şəhərinin əhalisi müharibə dövründə 80 faiz azalaraq 60 minə düşüb.

Azadlıqda gəzənlər var

Fevralın əvvəlində Xerson təcridxanasından qaçmış 75 məhbus hələ tutulmamışdı. Onların bəziləri qətl və oğurluqda ittiham olunur.

Pavlonun qaçaq həyatı isə uzun sürməyib. Ukrayna polis onu və qətl törətmək niyyəti və oğurluqda suçlanan kamera yoldaşı Yurini tezliklə geri qaytarıb. “Hamını əlüstü yaxalayıb geri qaytardılar”, – Pavlo bildirir.

Rusiya əsgərləri geri çəkiləndən sonra dörd gün ərzində 166 məhbus təcridxanaya qaytarılıb. Bunu Milli Polisin ovaxtkı başçısı İqor Klimenko deyib.

Məhbuslardan biri “Sxemlərə” danışıb ki, cəzasının sonuna az qaldığından yeni ittihamlarla üzləşmək istəmir.

Müvəqqəti azadlıqda

Ancaq Pavlo və Yurinin hüquqi statusları havadadır. Belə ki, onların işi üzrə sənədləri yerləşdiyi məhkəmə Nova Kaxovkada qalıb. Dnepr çayı sahilində yerləşən bu şəhər Rusiyanın nəzarəti altındadır.

Bu iki nəfərin həbsdə qalması üçün məhkəmə qərarı olmadığından həbsxana rəsmiləri Pavlo və Yurini azadlığa buraxıblar. Onlar noyabrın 22-də həbsdən çıxıblar və iş üzrə məhkəmə qərarını gözləyirlər.

Hər ikisi özünü günahsız sayır. Pavlonun iddiasına görə, hüquq-mühafizə əməkdaşı onları buraxanda deyib ki, qarətlə məşğul olmasınlar, veyllənməsinlər, vaxtlarını “səmərəli keçirsinlər”, çünki məhkəmədən “nəsə çıxsa”, onlar yenidən həbsə qayıdacaqlar.

Yuri deyib ki, “bircə qrivna belə” almayıblar, baxmayaraq ki, Ukrayna qanunvericiliyi onlar üçün maliyyə yardımı nəzərdə tutur.

Pavlo isə gələcək sarıdan qorxusu olmadığını deyir.

“Hamımız kəndçiyik, kənddən çıxmışıq, qoca adamları tapıb kömək edəcəyik və yeməyə nəsə tapacağıq”, – o söyləyib.

İşgəncə, məhbus ölümü

Rusiyanın səkkiz aylıq işğalı dövründə Xersonda təcridxana sakinlərinin sayı 350-dən 435-ə qalxıb. Rusiyalı işğalçılar ayrı bir obyektdən də təcridxana kimi istifadə ediblər, ancaq orası “işgəncə kamerası” kimi tanınıb.

Orada saxlanan keçmiş məhbuslar dindirmə zamanı döyülməklərindən danışıblar. Yaşlı bir yerli sakin iddia edib ki, gecələr təcridxanadan qışqırıq, silah səsi gəlirmiş.

Hazırda Xerson vilayət prokurorluğu Pavlo və Yurinin saxlandığı mərkəzdə bir məhbusun ölümünü araşdırırır. Həmin məhbusun adı açıqlanmayıb.

Pavlo, başqa bir məhbus da içəridə kiminsə güllələndiyini deyir. “Onların bir nəfəri vurduğunu eşitdik. Bunu hamı eşitdi”, – Pavlo söyləyib.

XS
SM
MD
LG