Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:56

Ukrayna ordusu Xersona doğru irəliləyir


Ukraynanın HIMARS sistemləri
Ukraynanın HIMARS sistemləri

Ukrayna ordusunun 131-ci kəşfiyyat batalyonunun yazdığı videomüraciətdə deyilir ki, Snigirovka şəhəri noyabrın 10-da azad edilib

Ukrayna Silahlı Qüvvələri Nikolayev vilayətindəki Snigirovka şəhərinin azad olunduğunu bildirib.

Bundan əvvəl Rusiya hərbiyyəsi Dnepr çayının sağ sahilindəki birləşmələrinin oradan sol sahilə çıxarılacağını bildirmişdi.

Snigirovka şəhəri martın 19-dan bəri Rusiyanın işğalında idi. Rusiya hökuməti bu bölgədə sentyabr ayında keçirdiyi qondarma referendumda Snigirovkanı Xerson vilayətinə daxil etmişdi.

Beləliklə, Rusiya Snigirovkanı öz ərazisi hesab edirdi.

Ukrayna ordusunun 131-ci kəşfiyyat batalyonunun yazdığı videomüraciətdə deyilir ki, şəhər noyabrın 10-da azad edilib.

Meduza qəzeti yazır ki, videodan onun Snigirovka şəhərinin qərbində yazıldığı görünür.

Şəhərin azad olunduğunu adlarının çəkilməsini istəməyən yerli sakinlər də təsdiq ediblər.

Noyabrın 9-da Snigirovka şəhərinin Rusiya işğal administrasiyası şəhərdə döyüşlərin getdiyini bildirmişdi.

30 nəfərin iştirak etdiyi “referendum”

Xerson vilayəti işğal administrasiyası başçısının müavini Kirill Stremousov demişdi ki, Rusiya qüvvələri Snigirovka istiqamətində Ukrayna ordusunun bir neçə hücumunu dəf edib.

Elə həmin gün bildirildiyinə görə Stremousov yol qəzasında həlak olub.

Snigirovka Xerson şəhərinin 50 kilometrliyində yerləşir. Rusiya buranı özünün əsas müdafiə xətti hesab edirdi.

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya qoşunlarının Xersondan çıxarılmasına əmr verdiyini bildirmişdi.

Şoyqu demişdi ki, Rusiya qoşunları Dnepr çayının sol sahilindəki yeni mövqelərə keçiriləcək.

Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı noyabrın 10-da daha 12-dək yaşayış məntəqəsinin azad olunduğunu bildirib.

Yerli hakimiyyət orqanları bildirmişdi ki, bu bölgənin Rusiyanın tərkibinə daxil edilməsinə dair qondarma referendumda cəmi 30 nəfər iştirak etmişdi.

Müharibəyə qədər bu şəhərdə 12 minədək əhali yaşayırdı.

XS
SM
MD
LG