Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:57

“Hanı bunların açdıqları 1 milyona yaxın iş yeri?”


İllüstrasiya
İllüstrasiya

►“Çörəyi mağazadan almağa pul tapmırıq, bir az sərfəlisi un alıb çörək bişirmək idi, indi un da ala bilmirik”

“Əvvəllər dəri zavodunda fəhlə işləyirdim. Bağlandı, yüzlərlə fəhlə kimi mən də işsiz qaldım. Bir az şəxsi evlərdə fəhləlik elədim, pulumu vermədilər. İndi o iş də yoxdur. 9 aydan çoxdur ki, işsizəm. 32 yaşım var, hər cür işə sağlamlığım imkan verir. Gəl ki, hara gedirəmsə, iş yoxdur. Hanı bunların açdıqları 1 milyona yaxın iş yeri?”

Ramin Ramazanov
Ramin Ramazanov

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivinin sakini Ramin Ramazanov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, tövlədən bir az fərqlənən evdə yaşayır. Öz ailəsi ilə yanaşı, əlil qardaşı və xəstə anası da onun himayəsindədir. O, dolanışıqlarının çətinliyindən bəhs edir:

Buna da bax: “Taleh Bağırzadə 1 aydan çoxdur eyni paltarda saxlanır”

Ramazanov ailəsinin üzvləri
Ramazanov ailəsinin üzvləri

“UN DA ALA BİLMİRİK”

“Yaşadığımız yerə ev deməyə dilim gəlmir. Döşəməsiz, nəmişlik bir yerdə qalırıq. Uşaqlarım xəstəlik tapıb. İcra hakimiyyəti də kömək eləmir. Göz görə-görə məhv oluruq. Bir tərəfdən də aclıq… Çörəyi mağazadan almağa pul tapmırıq, bir az sərfəlisi un alıb çörək bişirmək idi, indi un da ala bilmirik”.

Deyir, qardaşı Elçin Ramazanova ruhi xəstə diaqnozu qoyulub. Özünü idarə edə bilmir. Bununla belə ona birinci yox, üçüncü qrup əlillik təyin olunub:

Elçin Ramazanov
Elçin Ramazanov

“Biz çimizdiririk, biz qulluq edirik… Bütün günü nəzarətdə saxlayırıq. Bir də görürsən yıxır, dağıdır tökür hər yeri… Ona təyin olunan 42 manat 50 qəpik pensiya heç dərmanlarına da çatmır. Nə əlillik dərəcəsini dəyişmirlər, nə də pensiyasını artırmırlar. Xəstə adam günlərlə bizimlə bərabər ac qalır”.

Buna da bax: Neft Fondu: “Bütün banklara bir gözlə baxılır”

SOSİAL YARDIM DÜŞMÜR?

Ramazanovların son ümidi ünvanlı sosial yardımadır ki, onu da ala bilmirlər. Deməsinə görə, Xırdalan şəhər Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etsələr də, bildirilib ki, onlara ünvanlı sosial yardım düşmür.

Xırdalan şəhər Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən isə “Qaynar xətt”ə bildiriblər ki, Ramazanovların sənədlərini araşdırdıqdan sonra ailəyə ünvanlı sosial yardım təyinatı ilə bağlı qərar veriləcək.

Ramazanovlar düşünür ki, ala biləcəkləri ünvanlı sosial yardımla ən azı ailənin un tələbatını ödəyə bilərlər.

XS
SM
MD
LG