Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:03

“Bəlkə sabah gəlib görəcəyik ki, evimizin yerində ticarət mərkəzi tikiblər?"


İllüstrasiya
İllüstrasiya

►Sakinlər icra hakimiyyətinə inanmırlar

“Düzü, şəxsən mən inanmıram ki, bu binanın yerində təzəsi tikiləndən sonra məni geri qaytaracaqlar. Camaat pulunu ödəyir, mənzil alır, bina tikilib qurtarandan sonra məlum olur ki, eyni mənzil neçəsinə satılıb. İndi biz hansısa “Etibar” şirkətinə necə etibar edək? Adamların başına o qədər oyunlar açıblar ki, heç kəsə inam qalmayıb”.

RƏSMİ TƏSDİQ YOXDUR

Yasamal rayonu, Şərifzadə küçəsindəki 86 saylı dördmərtəbəli bina istismar müddətini başa vurduğu üçün sökülür.

Yasamal rayon icra hakimiyyəti sakinlərə söz verib ki, tezliklə yerində tikiləcək yeni binaya köçürüləcəklər. Ancaq binanın sakini Məhərrəm Hüseynov buna inanmır. Ona görə inanmır ki, köhnə binanın yerində tikiləcək təzəsində ona və digər sakinlərə mənzil veriləcəyini rəsmi təsdiqləyən yoxdur:

“Eləcə sözdür, gəlib şifahi şəkildə deyib gedirlər. Bu söhbətlərin bir rəsmi sənədi, notarial təsdiqi olmalıdır. Məsəlçün, o gün baxmışıq ki, şirkətlə icra hakimiyyətinin arasında bağlanmış müqavilədə bu yaşayış binası yataqxana tipli bina kimi qeyd olunub. Yəni artıq saxtakarlıq buradan başlayıb. İndi bunlara necə inanaq?”

Binanın 56 yaşı var, 48 ailə yaşayır. Sakinlərə bildirilib ki, bina söküləcək, yerində yenisi tikiləcək, qısa müddətdə hazırkı mənzillərindən daha geniş sahəli və şəraitli mənzillərə qaytarılacaqlar.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“BƏLKƏ TİCARƏT MƏRKƏZİ TİKƏCƏKLƏR?”

Bina sakini Aqşin Məmmədov:

“Şifahi sözü dedin, ya havaya tulladın, eyni şeydir. Dövlət qabağa dayansın, təminat versin, çıxaq. Bizə bildiriş göndəriblər ki, bir həftəyə mənzilləri tərk edək. Kirayə pullarımız necə ödəniləcək, hələ də bilinmir. Elə şifahi deyirlər ki, “siz çıxın, ev tapın, biz kirayəhaqqını ödəyəcəyik”. Bəlkə iki ay ödədi, sonra dedi, “imkanım yoxdu”? Küçədə qalacağıq?”

Sakinlər binanın yerində tikilməsi nəzərdə tutulan yeni binanın layihəsini görmədiklərindən gələcəkdə burada hansı məqsədlə tikinti aparılacağını bilmirlər.

Aqşin Məmmədov:

“Bəlkə elə sabah gəlib görəcəyik ki, ticarət mərkəzi tikiblər? Layihəni göstərmirlər, eləcə icra hakimiyyəti ilə “Etibar” MMC adlı şirkət arasında danışıqlar gedib, müqavilə imzalanıb. Bu mənzillər bizim mülkiyyətimizdir, icra hakimiyyəti bizə müftə verməyib, pul verib almışıq. Kiminləsə danışıq aparıb evimi sökür, mənə deyir, “layihə- filan sənlik deyil””.

“17 BİNA DA PLANDADIR”

Yasamal rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, sakinlərin narahatlığına əsas yoxdur:

“Bina Nazirlər Kabinetinin qəzalı evlərin sökülməsi, orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması haqqında qərarına uyğun olaraq sökülür. Tək o bina deyil, Yasamal ərazisində istismar müddəti başa çatmış başqa 17 bina da plandadır. Qəzalının yerində daha möhkəm və şəraiti olan bina tikiləcək. Sakinlər indiki mənzillərinin sahəsindən də geniş ölçüdə mənzillərinə qayıdacaqlar”.

Qurumdan bildirilib ki, “Etibar” MMC ilə müqavilə bağlanıb. İndi qalıb sakinlərin köçürülməsi...

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel Radio proqramında

Rusiyalı politoloq Sergey Markov Bakıda proqnoz verib ki, bu dəfə Qarabağ danışıqları uzanmayacaq
5 işçisi olan Azərbaycan səfirliyi 2 min litr pivəni kimə sifariş verib?
BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun 18 aprel TV proqramında
Yeni xaricdə təhsil proqramı necə olsun?
Şəkər xəstəliyi ilə mübarizə üçün yeni cihaz ixtira olundu

Buna da bax: Füzulidə «can dərmanı» axtarışı

Füzulidə «can dərmanı» axtarışı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

XS
SM
MD
LG