Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:30

Google blokdan yayınmağa proqram tapdı


İnternet senzura
İnternet senzura

Google yeni təhlükəsizlik əlavəsini sınaqdan çıxarıb. Artıq siz də ondan yararlana bilərsiniz.

«Intra» adlı tətbiq hökumətlərin internetə senzura üsullarından yan keçmək üçün hazırlanıb.

Jigsaw özünün yeni təhlükəsizlik əlavəsini Venesuelada onlarla siyasi fəalın üzərində sınaqdan keçirib. Şirkətin məqsədi bu sınağı dar çərçivədə gerçəkləşdirmək idi.

Bir neçə həftə ərzində dünyada minlərlə insan siyasi rejimlərin internetdə senzura və traffiki manipulyasiya fəaliyyətindən yan keçə bilməkdən ötrü Intra-dan istifadə edib.

Ötən çərşənbə günü Google-un da aid olduğu Alphabet şirkətinin Jigsaw texnoloji inkubatoru bu əlavəni istifadəyə buraxdığını elan edib.

60-dan çox ölkə...

Tətbiq siyasi manipulyasiya və virus yayma üsullarından biri olan DNS (Domain Name System) manipulyasiyasını önləməyə qadirdir. Intra telefonunuzla DNS serverləri arasında gizli kodlaşdırılmış əlaqə yaradır. Nəticədə hökumətlərin və hakerlərin həmin traffikə müdaxiləsi xeyli çətinləşir.

İnternetin sürəti sizi nə qədər qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

«DNS manipulyasiyası dünyada senzuranın ən çox rast gəlinən formalarından biridir. Bu, həm risk altında olan insanlara, həm də sadəcə öz həyatlarını yaşamağa və nə baş verdiyini anlamağa çalışan insanlara aiddir», – Jigsaw şirkətinin məhsul meneceri Justin Henck cnet.com portalına müsahibəsində deyir.

DNS serverini bir telefon kitabçası kimi düşünün: daxil etdiyiniz domen adını saytın IP ünvanı ilə uyğunlaşdıran bir şey.

Qoşulmalar təhlükəsiz olmayanda hücumçular DNS traffikinin qarşısını kəsərək, əvəzində insanları virusa yoluxmuş səhifələrə və ya tamamilə bloklanmış onlayn resurslara yönəldə bilirlər. Venesuela hökuməti DNS manipulyasiyaları vasitəsilə sosial media əlavələrinə və yeni saytlara çıxışı bloklaması ilə tanınır.

Bu o qədər geniş yayılmış praktikadır ki, tədqiqatçılar İran, Çin və Türkiyə də daxil olmaqla 60-dan çox ölkədə hökumətlərin internetin ayrı-ayrı hissələrini senzuraya məruz qoymaq üçün DNS manipulyasiyalarına əl atdığını üzə çıxarıblar.

Ötən həftə Play Store-da çıxmış Intra pulsuzdur. Jigsaw onun təhlükəsizlik xassələrini yayın əvvəlindən bəri Venesuelada kiçik bir qrupun arasında sınaqdan keçirib.

Şirkət əlavə haqda məlumatı dar çərçivədə saxlamaq istəsə də, Venesuelada bu xəbər yayılıb və tezliklə bütün dünyada fəallar ondan yararlanmağa başlayıblar.

«İnsanlar Intra-nı onlara gərəkən resurslara çıxış üçün faydalı alət hesab ediblər», – Henck deyir.

Müxalifətçi Facebooka çıxanda internet zəifləyir
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Sadəcə bir düymə

Intra avtomatik olaraq sizin cihazınızı Google-ın ictimai DNS serverinə qoşur. Ancaq sizin settinqlərə daxil olaraq onu Cloudflare-in 1.1.1.1. serveri kimi digər serverlərə dəyişmək imkanınız olur. Gizli şifrələnmiş qoşulma üçün görməli olduğunuz çox iş qalmır – mobil əlavənin toxunmalı olduğunuz sadəcə bir düyməsi var.

DNS serverlərə bu şifrələnmiş qoşulma Android Pie-ın qarşıdakı versiyasının içində artıq qurulub. Ancaq Jigsaw-nun developerləri anlayıblar ki, son versiyaya malik olmayan milyonlarla insan eyni dərəcədə müdafiə oluna bilməyəcək. Hər halda, Android istifadəçilərinin 80%-ə qədəri bu mobil əməliyyat sisteminin son versiyasından yararlanmır.

«Biz anladıq ki, bu əlavəni yalnız Android 9-a yerləşdirməklə milyonlarla insana kömək edə bilməyəcəyik», – Intra-nın baş mühəndisi Ben Schwartz deyib.

O qeyd edib ki, bu əlavə Android telefonlarının 99%-nə uyğun gəlməlidir. Schwartz-ın sözlərinə görə, Jigsaw-nun mühəndisləri onu venesuelalı fəallarla birlikdə sınaqdan keçirəndə adamların çoxu 2011 və 2012-yə aid cihazlar işlədirmiş.

«O istifadəçilərin hamısına əl uzadıb yetişmək çox dəyərlidir», – o deyib.

XS
SM
MD
LG