Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:30

YouTube Rusiya, Çin və İrana bağlı yüzlərlə kanalı bağlayıb


Google xəbər verir ki, 2020-ci ilin ikinci rübündə dezinformasiya ilə mübarizə kampaniyasının çərçivəsində Rusiya ilə bağlı 78 YouTube kanalını və üç bloqu bağlayıb.

Bu resurslar rusca və ingiliscə Rusiya və Suriya siyasətinə, ABŞ-da COVID-19 pandemiyasına qarşı mübarizəyə, habelə Avropa İttifaqı, Litva, Ukrayna və ABŞ-a dair materiallar dərc edirdilər.

Eyni zamanda Çinlə bağlı 2500 YouTube kanalı bloklanıb.

Hesabatda deyilir ki, bu kanalalrın əsas istiqaməti siyasi olmasa da, onlar bəzən siyasi xarakterli videoları dərc edirdilər.

Əsas mövzular eynidir

Belə videolarda söhbət adətən ABŞ-da COVID-19-la mübarizədən və ya George Floydun ölümünə görə etiraz aksiyalarından gedridi.

YouTube habelə İranla əlaqəli 19 kanalı bağlayıb.

Bu kanalların bloklanması Google-un “Çin, Rusiya və İranla bağlı əlaqələndirilimiş təsir əməliyyatlarının təhqiqatı” çərçivəsində həyata keçirilib.

Google bildirir ki, bu məlumatların bir hissəsi Graphika təhqiqat şirkətindən alınıb və bu məlumatlar Google-un dezinformasiyaya qarşı öz mübarizə materiallarına uyğun gəlir.

Sanksiyalara görə

Bundan əvvəl YouTube Rusiyanın Tsarqrad millətçi internet telekanalını bərpa olunmamaq şərtilə silmişdi.

YouTube bu qərarını ixracat haqqında qanunvericiliyin pozulması ilə əsaslandırmışdı. Belə əsaslandırma adətən sanksiya rejiminə əməl edilməsi ilə bağlı olur.

Tsarqrad telekanalının sahibi Konstantin Malofeev Krımın ilhaqında iştirakına, habelə Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstəyinə görə beynəlxalq sanksiayalar siyahısındadır.

XS
SM
MD
LG