Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:34

Zelenski BMT Baş Assambleyasında çıxış edib


Volodimir Zelenski BMT Baş Assambleyasında çıxış edir
Volodimir Zelenski BMT Baş Assambleyasında çıxış edir

Ukrayna prezidenti Volodimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasında çıxış edib.

Zelenski çıxışının əvvəlində nüvə təhlükəsizliyi hədəsindən söz açıb və deyib ki, Rusiya bu hədəni Zaporojye atom elektrik stansiyasını zəbt etməklə yaradıb.

Zelenksi deyib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynanın nüvə enerjisi stansiyalarına hücum planlarına dair kəşfiyyat məlumatları alıb.

O əlavə edib ki, Rusiyanın habelə Ukraynanın nüvə enerjisi infrastrukturu haqqında peyk fotoları da daxil detallı informasiya topladığına dair də məlumatlar gəlir.

Zelenski deyib ki, nüvə stansiyalarına hər hansı raket və ya dron zərbəsi misli görünməmiş fəlakətlə nəticələnə bilər.

O BMT Baş Assambleyası iştirakçılarını təcavüzkara təzyiq göstərməyə çağırıb:

"Birdən Allah eləməmiş, Rusiya bizim nüvə stansiyalarımızdan birində nüvə fəlakəti törətsə, radiasiya heç bir sərhəd tanımayacaq”.

Moskvadan reaksiya

Zelenski öz çıxışında Çinin tutduğu mövqeyi də tənqid edib. Ukrayna prezidenti Çin və Braziliyanın alternativ sülh təkliflərini rədd etdiyini bildirib. Onun sözlərinə görə bu məsələdə istənilən alternativ və ya paralel təklif münaqişənin dondurulması ilə nətəcələnə bilər.

Bundan bir gün əvvəl BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışda Zelenski bildirmişdi ki, Rusiya sülhə yalnız məcbur edilə bilər.

O habelə İran və Şimali Koreyanı Rusiyaya hərbi dəstəkdə ittiham etmişdi.

Kremlin sözçüsü Dmitri Peskov sentaybrın 25-də Zelenskinin çıxışını şərh edərkən deyib ki, “Rusiya sülhə məcbur edilə bilməz və belə mövqe tutmasının Ukraynanın özü üçün ağır nəticələri olacaq”.

Zelenski diqqəti belə bir məqama çəkib ki, hazırda Rusiyanın hava və yer zərbələrinə görə Ukraynanın enerji infrastrukturunun bir çox obyektləri sıradan çıxıb.

Ukrayna prezidentinin sözlərinə görə nüvə təhlükəsizliyi onun “Ukraynasız ədalətli sülh ola bilməz” adlı sülh formulunun birinci bəndidir.

O bəyan edib ki, Rusiya qarşıdan qış mövsümünün gəlməsi ilə bağlı enerji infrastrukturu obyektlərinə hücumlarını davam etdirəcək:

"Biz hərbi cinayətlərdə təqsirli olanların hamısını məsuliyyətə cəlb etməliyik”.

Zelenskinin sözlərinə görə dünya müstəmləkə müharibələrindən kiçik ölkələrin hesabına çıxa bilib və bu, həmişəlik keçmişdə qalmalıdır:

"Mən öz xalqım üçün sülh istəyirəm və sizdən dəstək rica edirəm”.

Ukrayna prezidenti bir daha vurğulayıb ki, müharibə onun dondurulması ilə yox, ölkələrin ərazi bütövlüyünə hörmət ehtiva edən BMT Nizamnaməsinin qələbəsi ilə başa çatmalıdır.

Zelenski sentyabrın 26-da ABŞ prezidenti Co Baydenlə görüşməlidir. Onun bu görüşdə Baydenə Ukraynanın Rusiya üzərində qələbə planı adlandırdığı təklifi təqdim edəcəyi gözlənilir.

XS
SM
MD
LG