Yaşa görə əmək pensiyasının baza hissəsi 30 yeni manat oldu

Martın 30-da prezident İlham Əliyev «Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında» sərəncam imzalayıb.

Sənədə görə, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2006-cı il aprelin 1-dən 30 yeni manat müəyyən edilir.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.