Bu həftənin qeyd dəftərində qeydlərini hüquq müdafiəçisi Çingiz Qənizadə aparıb

Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Bu gün Bakıda Azərbaycan Milli İstiqlal Partiyasının – AMİP-in növbədənkənar Qurultayı keçirilib.

Qurultayda əsas məsələ bir müddət əvvəl istefa verən Etibar Məmmədovun yerinə partiyaya sədrin seçilməsi idi. Qurultaydan əvvəl 5 nəfər namizədin adı hallansa da, konkret seçki prosesi başlayanda yalnız 3 nəfər namizədləyini saxlayıb: partiya sədrinin vəzifələrini icra edən Əli Əliyev, sıravi AMİP-çi Sevil Həmidova və siyasi şuranın üzvü Əli Ələkbərov. Səsvermənin sonucunda partiya sədrinin vəzifələrini müvəqqəti icra eləyən Əli Əliyev 244 numayəndədən 152-sinin səsini qazana bilib və AMİP-in sədri seçilib.



AMİP-in funksionerlərindən Məhərrəm Zülfüqarlı həm Azərbaycan iqtidarına, həm də müxalifətə ədalətli və şəffaf seçki nümunəsi göstərmək istədiklərini, və bu üzdən seçkiylə səslərin sayılması prosesinin axşama kimi yubandığını bildirdi.