Martın 18-də Azərbaycanın 17-yaşlılardan ibarət futbol yığması Dünya Çempionatının seçmə qrup mərhələsi çərçivəsində Türkiyə yığmasıyula oynayacaq

Səs: Real audio
Moskva insanlığa qarşı cinayətlərdə ittiham olunur Azərbaycanın da yer aldığı 6-cı qrupun oyunları Türkiyədə, Quş adasında keçirilir. Martın 15-də, qrupda ilk oyunda Azərbaycan yığması Şotlandiyaya 0-3 hesabıyla məğlub olub, Türkiyə isə Fransanı 1-0 hesabıyla yenmişdi. İkinci oyunda Şakir Qəribovun yetirmələri hazırki dünya çempionları olan Fransanı 2-0, Türkiyə millisi isə Şotlandiyanı 2-1 hesabıyla hesabıyla məğlub etməyi bacarıb. Qrupun sonuncu oyunlarında Azərbaycan_Türkiyəylə, Şotlandiya isə Fransayla qarşılaşacaq. Qrupda Fransızlardan başqa 3-komandanın hamısı nşvbəti mərhələyə çıxmaq şansını saxlayır. Mayda İtaliyada keçiriləcək 17 yaşlılar arasında Dünya Çempionatına çıxmaq üçün qrupda yalnız 1-ci yeri tutmaq tələb olunur. Əyər Şotlandiya yığması Fransızlarla oyunda xal itirərsə, Azırbaycan millisi isə Türkiyə üzərində qələbə qazanarsa Dünya Çempionatına Şakir Qəribovun yetirmələri vəsiqə qazanacaq. Qrupun son iki oyunu eyni vaxtda, martın 19-da, Bakı vaxtıyla saat 15.30-da başlanacaq.



Şakir Qəribovun çalışdırdığı 17 yaşlılardan ibarət Azərbaycan yığması ötən il Lüksemburqda keçirilən birinci qrup mərhələsində Avstriya, Lüksemburq , Moldovayla eyni qrupda yarışırdı. Və Azərbaycan yığması onda Avstriyaya yenilib, digər iki rəqibinə qalib gəlməklə qrupunda ikinci yerdən növbəti mərhələyə adlamışdı.



***

Futbol üzrə Azərbaycanın əsas yığmasına yenə gürcü oyunçu dəvət edildi. Azərbaycan millisnin Braziliyalı çalışdırıcısı Karlos Alberto Torres Yevlaxın “Karvan” klubunun oyunçusu Qoça Traparidzeni yığmaya dəvət eləyib. Bundan öncə Evro 2006-nın Polşa və İngiltərəylə seçmə oyunları üçün 22 nəfərlik siyahı açıqlanmışdı, sonuncu 23-cü oyunçünün kimliyinə isə Zaur Tağızadə probleminin həllindən sonra aydınlıq gəlib. Neftçinin yarımmüdafiəçisi Zaur Tağızadə braziliyalı baş məşqçinin qarşısında ilk 11-likdə oynaması ilə bağlı şərt qoyduğundan yığmaya çağrılmayıb. Azarkeşlərin istəyinin əksinə olaraq, Zaur Tağızadə ilə yanaşı Samir Əliyev, Mahmud Qurbanov və Fərrux İsmayılov da Torreslə münaqişə üzündən yığmaya dəvət almayıb. Əvəzində isə Gürcüstan yığmasında oynamağa layiq görülməyən Badri Kavaratsxeliyadan sonra Qoça Traparidze Azərbaycan yığmasının uğuru üçün çalışacaq ikinci gürcü legioner oldu.



***

Martın 18-də Fiqurlu konkisürmə üzrə Moskvada keçirilən Dünya çempionatında Azərbaycanı təmsil edən Kristin Freyzer-İqor Lukanin çütlüyü sərbəst rəqs rəqslərdə yarışa qatılacaq. Azərbaycanı təmsil edən bu cütlük məcburi rəqslərdə 31.16 balla 14-cü, orijinal rəqslərdə isə 48.82 balla 13-cü olmuşdu. Iki proqramın cəminə görə Kristin Freyzerlə İqor Lukanin 79.98 balla 30 cüt arasında 13-cü sıradadır. Azərbaycanı təmsil edən cütlük İtaliyada, Turin şəhərində keçiriləcək Qış olimpiadasına vəsiqə qazanmaq üçün ilk 15-yerdən birini tutmalıdır.



***



Martın 17-də futbol üzrə Uefa Çempionlar Liqasının ¼ final mərhələsinin püşkü atılıb. Püşkə əsasən Liverpul Juventusla oynayacaq, bu cütün qalibinin rəqibi isə Çelsi və Bavariya arasındakı qarşıdurmadan sonra bəlli olacaq. Milanın iki komandası İnter və Milan yarımfinala çıxmaq üçün bir-biriylə qarşılaşmalı olacaq. Milan derbisində qalib çıxacaq komandanın rəqibi isə Lion və PSV duelinin qalibi olacaq. ¼ finalın ilk oyunları aprelin 5-i və 6-da, cavab oyunları isə bir həftə sonra keçiriləcək.