Səs: Real audio
“Pislik edənlərin hamısına qırmızı vərəqə göstərəcəm” İspaniyada, Kanar adalarında keçirilən karatenin ƏKF növü üzrə Avropa çempionatında Azərbaycan idmançıları komanda sıralamasında 4-cü olub. 70 kq çəki dərəcəsində Ceyhun Ağasıyev, mütləq çəkidə isə Rəfael Ağayev qızıl medal qazanıb. 60 kq-da Yusif Cəfərov gümüş, 65 kq-da isə Rəşad Tağıyev bürünc medal əldə edib. 40 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycan yığması İspaniya, Hollandiya və İtaliyanın ardınca 4-cü yeri tutub.
Azərbaycanın qadınlardan ibarət voleybol yığması Belorus yığmasıyla 4 yoldaşlıq oyunu keçirəcək. Mayın 17 və 18-də baş tutacaq ilk iki oyun Quba Olimpiya Kompleksində keçiriləcək. Mayın 22 və 23-də isə eyni rəqiblər Bakı İdman Sarayında qarşılaşacaq. Yoldaşlıq oyunları Azərbaycan yığmasının mayın sonunda Rumıniya, İspaniya və Belçikayla Bakıda keçirəcəyi oyunlara daha yaxşı hazırlaşması üçün təşkil edilib. Dünya çempionatının 2-ci seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığması bu komandalarla eyni qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutan komanda növbəti mərhələyə adlayacaq.
Azərbaycanın sambo üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandası mayın 18-də Serbiya və Çernoqoriyada keçirilən Avropa çempionatına qatılacaq. Mübariz İbrahimovun çalışdırdığı yığma komandada Azərbaycanı yeniyetmələrdən Yaşar Abbasov, Bayram Mustafayev, Emil Həsənov, Elçin Ramazanov, Babək Dadaşov təmsil edəcək. Gənclərin yarışında Azərbaycan samboçularından İslam Qasımov, Elşən İsmayılov, Seyran Rəhimov, Musa Musayev, Asif və Vasif Səfərbəyov qardaşları iştirak edəcək.
Çərşənbə günü cüdo üzrə Azərbaycan yığması Hollandiyaya yollanıb. Cümə günü Azərbaycan cüdoçuları Rotterdamda keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq. 40-a yaxın ölkədən 500-dək cüdoçunun mübarizə aparacağı yarışda Azərbaycanı Ağayar Axundzadənin rəhbərliyi ilə 7 cüdoçu təmsil edəcək. Oğlanların yarışında Azərbaycan yığmasından Nicat Şıxəlizadə, Elçin İsmayılov, Elman Əhmədov, Elxan Rəcəbli və Mövlud Mirəliyev, qızların yarışında isə Kifayət Qasımova və Sona Əhmədli iştirak edəcək.