Azərbaycan millisi İspaniya yığmasını məğlub etdi

Səs: Real audio
İstənilən halda qurumun tövsiyələri nəzərə alınmalıdır - Mayın 27-də qadınlardan ibarət Azərbaycan voleybol millisi Bakıda İspaniya yığmasını 3-0 yenib. Dünya çempionatının 2-ci seçmə mərhələsinin Bakıdakı oyunlarında Azərbaycan yığması İspaniya, Belçika və Rumıniya ilə eyni qrupda mübarizə aparır. Mayın 28-də Faiq Qarayevin yetirmələri Belçika, bir gün sonra isə Rumıniya millisi ilə qarşılaşacaq. Bu qrupda ilk iki yeri tutan komanda 3-cü seçmə mərhələsinə vəsiqə qazanacaq. Dünya çempionatı 2006-cı ildə Yaponiyada keçiriləcək. Azərbaycan yığmasının oyunları 18:30-da başlanacaq.



- Olimpiya çempionu və bürünc medalçısı olan Azərbaycan stend atıcısı Zemfira Meftəhəddinova dünya reytinqində üçüncü sırada yer alıb. Bu ay Dünya Kubokunun Roma mərhələsində Azərbaycanın stend atıcısı yalnız 9-cu ola bilmişdi. Qadın stend atıcılarının dünya sıralamasında ilk yerdə çinli Ninq Vey, ikinci sırada isə macarıstanlı Diana İqali qərarlaşıb.



- Futbol üzrə Azərbaycan yığması mayın 29-da Tehranda İran millisi ilə yoxlama oyununda gücünü sınayacaq. İyunun 4-də Azərbaycan futbolçuları Bakıda dünya çempionatının seçmə oyununda Polşa millisini qəbul edəcək. Hər iki oyunda Azərbaycan yığmasında Samir Əliyev, Mahmud Qurbanov, Zaur Tağızadə, Dmitri Kramarenko və Anatoli Panamaryov forma geyməyəcək.