Təkrar səsvermələrin qarşısını almaq olarmı?

Səs: Real audio
Bu, tərəflər öz təşəbbüsləri ilə bir araya gəlməsə reallaşacaq Bu verilişdə:



- “Təkrar səsvermələrin qarşısını almaq olarmı?” sualına cavab arayacaq;



- Azərbaycanın ikinci paytaxtı Gəncədən soraq alacaq;



- Vətəndaşın yeni seçki texnologiyalarına münasibətini öyrənəcək;



- Və Fransız parlamentinin tarixini biləcəksiz.



Ötən həftənin seçki xəbərləri:



- Ötən həftə «Yeni Siyasət» - “YeS” bloku prezident İlham Əliyevə müraciət edərək təsisçilərindən biri olan eks-prezident Ayaz Mütəllibovun ölkəyə qayıdışının təmin olunmasını xahiş edib.



- 10-dək QHT-ni birləşdirən İnsan Hüquqları Təşkilatları Federasiyası gələn həftədən seçki kampaniyasanın monitorinqinə başlayacağını bəyan edib.



- ATƏT-in Bakı Ofisinin əməkdaşları İnqrid Qossinqer və Ülvi Axundlu Lənkəranda görüşlər keçirərək seçki öncəsi vəziyyətlə tanış olublar.



- Prezident Aparatının rəsmisi Əli Həsənov parlament seçkilərinin demokratik, azad və ədalətli keçirilməsi üçün ölkədə hər cür şəraitin yaradıldığını bildirib. Onun sözlərinə görə, bundan sonra nə Seçki Məcəlləsinə, nə də seçki komissiyalarının tərkibinə yenidən baxılmasına ehtiyac yoxdur.



- Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun rəhbəri Madlen Olbrayt Bakıda olub. Seçkiöncəsi durumla tanışlıq üçün dövlət rəsmiləri, müxalifət partiyaları və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirən xanım Olbrayt bildirib ki, Amerika dövləti Azərbaycandakı parlament seçkilərinin demokratik keçirilməsində maraqlıdır.



- Avropa Şurası Venesiya Komissiyasının eksperti Sergey Kuznetsov deyib ki, Venesiya Komissiyası hələ də seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılmasına tərəfdardır.



- Milli Demokratiya İnstitutunun seçki proqramları üzrə direktoru Patrik Merlo bəyan edib ki, onlar seçki komissiyalarında bir nəfər müxalifət təmsilçisinin artırılmasını vəziyyətdən ən yaxşı çıxış yolu hesab edirlər.



İQTİDAR VƏ MEDİA MƏNSUBLARI GÖRÜŞDÜLƏR



ATƏT və Avropa Şurasının təşəbbüsü ilə iqtidar və media bir araya gəldi. 3 gün sürən dəyirmi masadan sonra iqtidarla media arasında Anlaşma Memorandumu və medianın seçkiqabağı dövrdə davranış qaydalarıyla bağlı sənədlər qəbul edildi.



Anlaşma Memorandumuna əsasən, hakimiyyət orqanları, siyasi partiyalar və seçki blokları seçkilərə təsir göstərmək üçün medianın fəaliyyətinə müdaxilə etməkdən çəkinməlidirlər. KİV isə öz fəaliyyətində etik prinsiplərə riayət etməli, təhqir, şərəf və ləyaqəti alçaldan materiallar yaymamalıdır.



“Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Seçki Kampaniyalarında Davranış Kodeksi”nə əsasən isə, KİV heç bir namizədə, seçki blokuna və siyasi partiyaya hər hansı şəkildə üstün münasibət göstərməməli, ayrıseçkiliyə yol verməməlidir.



“Lider” və “Azad Azərbaycan” televiziyaları, həmçinin “Azadlıq”, “Yeni Müsavat” və “Bakı Xəbər” qəzetləri adıçəkilən sənədləri imzalamaqdan imtina ediblər.



Memorandumun monitorinqini Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası həyata keçirəcək. Davranış kodeksinə əməl olunub-olunmamasına isə Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası və Mərkəzi Seçki Komissiyasının nümayəndələri nəzarət edəcəklər.



TƏKRAR SƏSVERMƏLƏRİN QARŞISINI ALMAQ OLARMI?



Səbinə: "İş yoldaşlarımla birgə bizi avtobusda apardılar, səs verdik, sonra bizə dedilər ki, başqa yerə də getməliyik. Amma mən razı olmadım, dedim ki, mən bir yerdə səs verə bilərəm. Amma iş yoldaşlarım bunu etdilər".



Səbinə