Səs: Real audio
«Mən müxalifətin 26 noyabr aksiyasından sonra bu qərarı verdim. Mən o günün məsuliyyətini bölüşmək istəmədim. Mən heç vaxt başqasının körpəsini şəraiti bilə-bilə təhlükəyə atmazdım» Polisin 26 noyabr aksiyasına qəddarlıqla qarışması, onu dağıdıtması mənim hafizəmdə əks olunub. Hesab edirəm ki, bu, Azərbaycanın demokratik imicinə böyük bir zərbə idi. Bu hadisənin nəticələri aradan qaldırılmasa, bu, daha çox pis nəticələrə gətirib çıxara bilər. Aksiya iştirakçılarına qarşı bu hərəkətlər özlüyündə Azərbaycanda qanunçuluğun pozulması idi.
Digər mühüm bir hadisə 6 noyabr seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsində təsdiq olunmasıdır. Təəssüf ki, biz istədiyimiz nəticələri burda da görmədik. Gözləyirdik ki, heç olmasa Konstitusiya Məhkəməsi baş vermiş bir çox haqsızlıqların qarşısını alacaq. Təəssüf ki, bu, baş vermədi. Bir çox namizədlərin qalib kimi çıxdıqları dairələr ləğv olundu. Çoxlu şikayətlər olunduğu dairələrdə isə əksinə, nəticələr qüvvədə saxlandı. Bununla da məhkəmələrin müstəqil olmaması bir daha öz təsdiqini tapdı.