Bakının mərkəzində Üzeyir Hacıbəyov küçəsindən başlanan yanğın artıq Səməd Vurğun 12 ünvanına çatdı
Bu gün təxminən saat 13:45 radələrində Bakının Üzeyir Hacıbəyov küçəsində, metronun «Sahil» stansiyasının çıxışı ilə üzbəüz yerləşən ikimərtəbəli binanın ikinci mərtəbəsində güclü yanğın baş verib. Hazırda 20-dan artıq yanğınsöndürən maşını yanğının qarşısını almağa çalışır.
Artıq yanğın «Zabitlər Evi»ninə və yaxınlıqda yerləşən digər binalara da keçib. Yanğın əvvəlcə paytaxtın mərəsində Üzeyir Hacıbəyov küçəsindən başlayıb. Hadisə yerində olan müxbirimiz xəbər verir ki, hazırda yanğın artıq Səməd Vurğun 12 ünvanına çatıb. Küləkli hava şəraiti yanğının söndürülməsini çətinləşdirir. Qarşısı alınmasa yanğın hakim Yeni Azərbaycan Partiyasının mənzil qərargahına da təhlükə yarada bilər.
Xəsarət alan və ölənlər barədə məlumat verilmir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yanğın davam edir.