«Yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin».
Bu sözlər martın 1-də Ziyalılar Forumun yaydığı bəyanatda əksini tapıb.
Bəyanat barədə Forumun Aydinliq.az saytı xəbər yayıb.
Bəyanat iştirakçıları bu il mayın 5-də İstiqlal şairi Əhməd Cavadın 120 illiyinin tamam olacağını diqqətə çatdırıblar və bu barədə olan prezident fərmanını da xüsusi qiymətləndiriblər:
«Xatırlatmaq gərəkdir ki, şairin 100 illiyinin qeyd olunması haqqında hələ 1990-cı ildə – müstəqilliyin əldə edilməsi ərəfəsində hökumət qərarı qəbul edilmişdi».
Bəyanatda 1937-ci ildə güllələnən şairin ötən əsrin 50-ci illərinin ortalarında— ilıqlaşma dövründə yetişən yeni nəsildə milli dirçəliş ruhunu oyatdığı da bildirilir.
Bəyanatda vurğulanır: «Durğunluğun uzun illər boyu «unutdurduğu» şair, bütün ömrü boyu xidmətində durduğu, ən yaxşı əsərlərində vəsf etdiyi, qazanılması üçün xalqını son nəfəsədək mübarizəyə səslədiyi ideyaların öz Vətənində bayraqdarı olmaq üçün 90-cı illərdə yenidən xatırlandı».
Bəyanatda deyilir ki, yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin: «XX əsrin əvvəlində - Azərbaycanın oyanışı ərəfəsində yaranmış Əhməd Cavadın bir şeiri, tarixin möhtəşəm hadisəsinin tamamlanması anında – əsrin sonlarında, xalqın Azadlıq, Ədalət, Bərabərlik və Qardaşlıq kimi əbədi dəyərlərə sədaqətinin əlaməti kimi Respublikanın elan edilməsi zamanı vətəndaş manifesti olaraq, yenidən səsləndi. Tək elə bu zirvə əsəri ilə şair müasir Azərbaycan ədəbiyyatında, öz ölkəsinin tarixində müstəsna yer tuta bildi».
Bəyanat iştirakçıları bu fikirdədirlər ki, bu gün milli ideologiyanın tükənməz mənbəyi kimi Əhməd Cavada, onun mirasına doğru uzanan xalq cığırlarını açmaq zəruridir. Çünki Əhməd Cavadın sözləri milli oyanışa, öz milli «mən»liyinin dərk edilməsinə çağırış kimi səslənir: «Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam. Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!» - deyən şair bu ölümqabağı misralarını Vətəninin acı və kədərli gerçəkliyini duyaraq sanki bu gün yazmışdır».
Bəyanatda istiqlal şairinin həyatının kəskin süjetli serial, taleyi insanı vəcdə gətirən roman, poeziyasının isə Vətənə sevgi və sədaqət mənbəyi olduğu vurğulanır: «Lakin Əhməd Cavad haqqında nə film çəkilib, nə də layiqli kitab yazılmışdır. İnqilabçı-şair və milli ruhun tərənnümçüsü kimi də məktəb dərsliklərində, uşaq və gənclər ədəbiyyatında yer almamışdır. Yəqin ki, o, ölkəsinin orta məktəb dərsliklərində layiqli yerini tutmayan yeganə himn müəllifidir».
Bəyanatı imzalayanlar Əhməd Cavadın çoxşaxəli ictimai-siyasi fəaliyyətinin, onun milli inqilabi siyasi təfəkkürün formalaşmasındakı rolunun da tədqiq olunmamasından gileylənir: «Əhməd Cavadın 120 illiyi ərəfəsində bu görkəmli soydaşımızın xatirəsi yüksək dövlət ehtiramını özündə əks etdirməlidir: Bakının Dağüstü parkında Əhməd Cavadın abidəsinin inşa edilməsi, dövlət universitetlərinin birində Əhməd Cavad adına təqaüd təsis edilməsi, şairin Şekspir, Lafonten, Puşkin, Rustaveli, Rable və dünya ədəbiyyatının digər klassiklərindən etdiyi parlaq tərcümələrdən ibarət kitabının nəşri, həyat və yaradıcılığını ətraflı tədqiq edilməsi, onun haqqında bədii əsərlərin yazılması, televiziya filminin çəkilməsi, inqilabi-vətənpərvər şeirlərinə marş və mahnıların bəstələnməsi üçün dövlət sifarişi verilməsi məqsədəuyğun olardı».
Bəyanat bu sözlərlə bitir: «Əhməd Cavad daim aramızda, başqa bir şairin sözüylə desək, «canlı kimi canlılarla ünsiyyətdə» olmalıdır».