Tanınmış memar və mesenat Bruno Giacometti 105 yaşında dünyadan köçüb.
Tanınmış memarın ölüm xəbərini Kunsthaus-Zürich rəsmi saytı yayıb.
Saytda bildirilir ki, Bruno Giacometti martın 21-də İsveçrənin Zollikon bölgəsində dünyasını dəyişib.
Memar uzun illərdir ki, həyat yoldaşı Odette Duperret ilə burada yaşayırmış.
Onlar 1935-ci ildə evlənib və xanım Odetin ölümünə - 2007-ci ilədək bir yerdə yaşayıblar.
Bruno 1907-ci il avqustun 24-də İsveçrədə rəssam Giovanni Giacometti-nin ailəsində doğulub.
Brunonun qardaşları da tanınmış memar və heykəltəraş olub. O, Alberto və Diego Giacomettilərin kiçik qardaşı idi.
Bruno Giacometti memarlığı Sürixdəki Ali Texniki Məktəbdə öyrənib.
Məktəbi bitirəndən sonra Karl Egenderin memarlıq bürosunda çalışıb. Hallenstadion-un layihəsində və İsveçrə Milli Sənət Sərgisinin qurulmasında iştirak edib.
Sonralar müstəqil fəaliyyətə üstünlük verib və daha böyük uğurlara imza atıb.
Onun ən məşhur işləri budur: Usterdə Ratuşa (1965), Venesiya Biennalesində İsveçrə pavilyonu (1962), Chur-dakı Təbiət Muzeyi (1982) və İsveçrədəki bir neçə tibbi klinika.
Bruno Giacometti ötən əsrin ikinci yarısının ən görkəmli İsveçrə memarı sayılırdı.
1965-ci ildən bəri o qardaşı Albertonun adına açılan Fonda çox böyük əmək sərf etmiş, fondun inkişafı üçün yardım göstərmişdi.
2006-cı ildə Bruno Giacometti həmin fonda müasir sənətin ən bahalı heykəltəraşı sayılan qardaşı Albertonun 90 əsərini, o cümlədən 15 bürünc heykəlini bağışlamışdı.
Ruhu şad olsun!