Rejissorların iddiasına baxan Ali Məhkəmə AzTV-nin xeyrinə qərar çıxarıb

Arxiv foto


Martın 27-də Ali Məhkəmədə AzTV-dən işdən çıxarılan əməkdaşlar—Bəsti Şiriyeva və Nərgiz Cabbarlının vəsatətinə baxılıb. Məhkəmə AzTV-nin xeyrinə qərar çıxarıb.

Ötən ilin iyununda Apelyasiya Məhkəməsi də qərarı təsdiqləmişdi.

AzTV-nin keçmiş əməkdaşları iddia edirlər ki, 2008-ci ilin martın 31-də onların işdən çıxarılmalarıyla bağlı əmr imzalanıb, amma əmri onlara 2009-cu il oktyabrın 13-də verilib. İşə götürülərkən bağladıqları müddətsiz əmək müqaviləsi də müddətli müqavilə ilə əvəzlənib.

AzTV-nin mətbuat xidmətindən AzadlıqRadiosuna deyiblər ki, əməkdaşlarla əmək müqaviləsinin müddəti başa çatdığından onlara xəbərdarlıq olunub və bu məhkəmə yolu ilə sübut olunub.

Zərərçəkənlər AzadlıqRadiosuna Avropa Məhkəməsinə müraciət edəcəklərini bildiriblər.