Xəbəri teatrın mətbuat xidməti AzadlıqRadiosuna verib.
«Adari Films»in yeni layihəsi teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzinin (CCİ) dəstəyi ilə həyata keçirilir.
Layihənin rəhbəri və tamaşanın prodüseri «Adari Films» Production-ın direktoru İradə Bağırzadədir.
İradə Bağırzadə Rüstəm İbrahimbəyovun Bakı Beynəlxalq Kino Məktəbinin məzunudur.
Bu günə qədər teatr və kino sahəsində bir sıra mühüm layihələr həyata keçirib.
N.V. Qoqolun «Dəlinin qeydləri» əsəri əsasında hazırlanmış monotamaşa türk dilində oynanılacaq.
Sözügedən layihə daha çox beynəlxalq festivallar üçün nəzərdə tutulub.
Tamaşanın quruluşçu rejissoru və ifaçısı Elvin Adıgözəl Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Kino və teatr sahəsində rejissor, ssenarist və aktyor kimi çalışır.
Kasıb teatr estetikasında monotamaşa üslubunda hazırlanan «Bir dəlinin xatirə dəftəri» tamaşası Qoqol irsinə qeyri-ənənəvi münasibətlə, incə psixologizmlə seçilir.
Tamaşanın rəssamı Əli Həsənov, musiqi tərtibatçısı Eldar Albertson, işıqçısı Nicat Xəlilov, foto və video çəkilişlərin müəllifi Ru (Rüfət) Həsənov və Seymur Seyidbəylidir.
Tamaşada Messian, Maskani, Ştokhauzen, Haydn, List, Culiani, Vivaldi kimi bəstəkarların musiqilərindən istifadə olunub.
«Yuğ» teatrı maraqlananları tamaşaya dəvət edir.