Tanınmış türkoloq, ədəbiyyatşünas və tərcüməçi, Avrasiya Tərcüməçilər Birliyinin sədri, Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər 2011-ci ilin nəticələrinə görə BDU-da «İlin alimi» seçilib.
Xəbəri Ramiz Əskər özü AzadlıqRadiosuna verib.
Ramiz Əskərin dediyinə görə, o bu ada ötən il rus, alman, türk, özbək, türkmən, tatar və başqırd dillərindən çevirdiyi 12 kitaba, «Türk xalqları ədəbiyyatı oçerkləri» adlı monoqrafiyasına, xarici ölkələrdə keçirilən simpoziumlarda iştirakına və oradakı çıxışlarına, çap etdirdiyi elmi məqalələrinə görə layiq görülüb.
Ramiz Əskər 2011-ci ildə klassik türkmən şairlərindən Nurməhəmməd Əndəlibin, Abdulla Şahbəndənin seçilmiş əsərlərini, «Türkmən şeiri antologiyası»nı, «Türkmən müəmmaları, deyişmələri və vücudnamələri»ni Azərbaycan dilinə çevirib.
Yorulmaz tərcüməçi eyni zamanda ortaq türk ədəbiyyatının görkəmli nümayəndələri Zəhirəddin Məhəmməd Baburun «Seçilmiş əsərləri»ni və məşhur «Baburnamə» kitabını, Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divanlarını, Abdulla Tukayın, Bəkir Çobanzadənin və Əli Ağbaşın kitablarını Azərbaycan dilində oxuculara təqdim edib.
Onun tərcüməsində çıxan «Monqolların gizli tarixi» də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Çevirdiyi kitablara ön söz, qeyd və şərhlər yazan Ramiz Əskər ötən il Özbəkistanın beynəlxalq Babur mükafatına, Qazaxıstanın «Qasım Amanjolov» medalına, Tatarıstanın «Mədəniyyət sahəsində uğurlar» medalına, TürkSOY-un «Özəl ödül»ünə və Avrasiya Yazarlar Birliyinin «Ən çox əsər çevirən tərcüməçi» mükafatına layiq görülüb.