Xəbər verdiyimiz kimi, 9-13 aprel tarixlərində Yuğ Dövlət Teatrında Teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi və Azərbaycandakı Fransız İnstitutunun birgə layihəsi əsasında modern rəqs məşğələləri təşkil olunub.
Məşğələlərdə fransız rəqqaslar Sara Baltzinger ( Sarah Baltzinger) və Aleksandro Lipo (Alexandre Lipaux) modern rəqs teatrı, müasir rəqsin texniki cəhətləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşırlar.
Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, sabah—aprelin 12-də saat 19.00-da qonaqlar Azərbaycan tamaşaçılarına və «Compagnie Mirage»ın son işlərindən biri olan «Entre toi» («Sizin aranızda») adlı rəqs tamaşasını nümayiş etdirəcəklər.
Xəbərdə vurğulanır ki, tamaşa «Stokholm sindromu»ndan bəhs edir. Yəni, tamaşanın ana xətti oğru ilə girov arasındakı münasibətlər üzərində qurulub.
Tamaşanın quruluşçusu Sara Baltzingeridir.
Tamaşada rolları Sara Baltzinger və Aleksandr Lipo ifa edirlər.
Giriş azaddır.