Tanınmış türkoloq, ədəbiyyatşünas və tərcüməçi, Avrasiya Tərcüməçilər Birliyinin sədri, Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskərə Krım tatar xalqının görkəmli oğlu, böyük dilçi, şair və yazıçı Bəkir
Çobanzadə adına beynəlxalq mükafat verilib.
Azərbaycan alimi bu ada Bəkir Çobanzadənin «Seçilmiş şeirləri» və «Seçilmiş bədii əsərləri» adlı kitablarının tərcüməsinə görə layiq görülüb.
Mükafat bu il mayın 25-də Çobanzadənin vətəni Qarasubazar şəhərində (indiki adı –
Beloqorsk, Krım Muxtar Respublikası, Ukrayna) keçirilən «Bəkir Çobanzadə dünyası» adlı beynəlxalq türkoloji konfransda təqdim edilib.
Ramiz Əskər 2011-ci ildə klassik türkmən şairlərindən Nurməhəmməd Əndəlibin, Abdulla Şahbəndənin seçilmiş əsərlərini, «Türkmən şeiri antologiyası»nı, «Türkmən müəmmaları, deyişmələri və vücudnamələri»ni Azərbaycan dilinə çevirib.
Yorulmaz tərcüməçi eyni zamanda ortaq türk ədəbiyyatının görkəmli nümayəndələri Zəhirəddin Məhəmməd Baburun seçilmiş əsərlərini və məşhur «Baburnamə» kitabını Sultan Hüseyn Bayqaranın və Mehri Xatunun divanlarını, Abdulla Tukayın və Əli Ağbaşın kitablarını da Azərbaycan dilində oxuculara təqdim edib. Onun tərcüməsində çıxan «Monqolların gizli tarixi» də oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Çevirdiyi kitablara ön söz, qeyd və şərhlər yazan Ramiz Əskər ötən il Özbəkistanın beynəlxalq Babur mükafatına, Qazaxıstanın «Qasım Amanjolov» medalına, Tatarıstanın «Mədəniyyət sahəsində uğurlar» medalına, TürkSOY-un «Özəl ödül»ünə və Avrasiya Yazarlar Birliyinin «Ən çox əsər çevirən tərcüməçi» mükafatına layiq görülüb, 2011-ci ilin nəticələrinə görə Bakı Dövlət Universitetində «İlin alimi» seçilib.