Azərbaycan Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası olan «Rəvayəti-Şahzadeyi-Xəzər»ə ictimai baxış keçirilib.
Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mirsaqulova verib.
Pyesin müəllifləri gənc dramaturq Kamran Ağabalayev və Nicat Kazımovdur.
İki hissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu da müəlliflərdən biri - Nicat Kazımovdur.
Tamaşada bir neçə nağılın birləşməsindən istifadə olunub.
Səhnə əsərində rolları xalq artistləri Ağaxan Salmanlı, əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehrəliyev və başqaları ifa ediblər.
Bununla da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümünü yekunlaşdırıb.
Teatr yeni – 85-ci mövsümünü sentyabrın 22-də M.F.Axundzadənin «Müsyo Jordan və dərviş Məstəli şah» komediyası ilə açacaq.
Böyüklər üçün axşam tamaşası kimi oynanılan bu tamaşa ilə yanaşı, uşaqlar üçün gündüz «Rəvayəti- Şahzadeyi-Xəzər» yeni mövsümün ilk premyerası olacaq.