XX əsr Amerika ədəbiyyatının klassiki sayılan yazıçı Gore Vidal iyulun 31-də Los-Ancelsdəki evində vəfat edib.
Xəbəri Associated Press yazıçının bacısı oğlu Burr Steers-ə istinadən yayıb.
Burr Steers dayısının son vaxtlar sətəlcəmdən əziyyət çəkdiyini bildirib.
Gore Vidal romanlar, esselər, pyeslər, ssenarilər yazmaqla məşhurlaşıb.
Onun «Lincoln», «The City and the Pillar», «Myra Breckenridge» əsərləri çox populyardır.
«The New York Times» qəzetinin yazdığına görə, Gore Vidal ictimai-siyasi mövzularda qələmə aldığı yazılara görə də tanınmışdı. O, ABŞ-ın xarici siyasətinin ən kəskin tənqidçilərindən sayılırdı.
Dövrünün siyasətçilərini acı bir dillə atəşə tutan müstəqil yazıçı ABŞ-ın qatıldığı bütün müharibələri saf-çürük edirdi.
Gore Vidal Amerika ədəbiyyatında homoseksual mövzusunu ilk qaldıran yazıçıdır. O, heç vaxt evlənməmişdi və həyatını bir kişi ilə (Howard Austen) yaşamışdı.
O həm də dövrünün məşhur yazıçılarının bostanına daş atmaqla tanınır.
Məsələn o, Nobel mükafatlı Amerika yazıçısı Ernest Heminquey haqda belə demişdi:
“Istedadı olsa da, Heminquey heç zaman yaxşı roman yaza bilmədi. Bunun səbəblərindən biri odur ki, onu emosiyalarla bağlı bəzi əməllərdən, məsələn, adam öldürmək və yataqda sevişmək kimi - başqa heç nə maraqlandırmayıb.
Düzdü, bunlar da maraqlı işlərdi, amma yazmaq üçün elə də maraqlı şeylər deyil.
Bu cür sənətkarın işi çox tez çətinə düşür. Çünki yalnız özü haqqında yaza bilir. Gənclik dövrü bitəndən, aktiv həyat tərzindən uzaqlaşandan sonra isə belələrinə maraq da azalır.
Etiraf edək ki, Heminquey müharibələrin içində olmağa can atıb. Amma Tolstoy və Malraux-dan fərqli olaraq müharibələr haqda ciddi bir şey deməyib.
Mənə elə gəlir ki, sən dünyaya nə qədər çox bələdsənsə, cəmiyyət üzərinə atdığın tor nə qədər böyükdürsə, sənin kitabların bir o qədər maraqlı olacaq”.
Xatırladaq ki, yazıçı 1925-ci ildə atasının oxuduğu New York Əsgəri Akademiyasının xəstəxanasında doğulmuşdu.
Onun babası Thomas Pryor Gore Oklahoma senatoru idi. Atası isə Franklin Roosevelt-in məslək dostu olub.
Yazıçı ilk romanını (Williwaw) cəmi 20 yaşında orduda xidmət edərkən yazıb nəşr etdirib.
Gore Vidal 87 illik ömründə saysız mükafatlar qazanmışdı.
«Birləşmiş Ştatlar -1952-1992» essesinə görə 1993-cü ildə Beynəlxalq Kitab Mükafatına layiq görülmüşdü.
Hətta Hollivud filmlərində də rol almışdı.
Qaynar bir həyat keçirən Gore Vidal içkiyə düşkünlüyü ilə də tanınırdı.
O, dünyadakı bütün içkilərin dadına baxdığını iddia edirdi.
Gore Vidalın əsərləri bir çox dünya dillərinə tərcümə edilib.