ALTAYIN XANIM ŞAHZADƏSİNİN MUMİYASI QAYTARILIB
Üst-üstə 17 il sürən danışıqlardan sonra «Altay şahzadəsi» adıyla tanınan qadının mumiyası Rusiyanın Novosibirsk şəhərindən Altay respublikasının yeni yaradılan Milli Muzeyinə gətirilib.
Miladdan öncə 5-ci, 3-cü əsrlərə aid edilən və 1994-cü ildə Novosibirskli arxeoloqların dağlıq Altayda üzə çıxardığı mumiyanı Lenin mavzoleyinin mütəxəssisləri bərpa edərək özəl sarkofaqda saxlayırdılar.
Ancaq yerli sakinlərin aramsız və sürəkli tələblərindən və yerli rəhbərliyin Altay ərazisində qazıntı işlərini dayandırmasından sonra qədim mumiya Dağlıq Altaya qaytarılıb.
News.ru agentliyinin yaydığı məlumatda Novosibirskdə saxlanan daha bir mumiyanın – kişi mumiyasının Altay Respublikasına qaytarılmasından imtina edildiyi də bildirilir.
YUNESKO hər 2 mumiyanın tapıldığı ərazini dünya mirası elan edib.
FİLMLƏRİ BAĞIŞLADI...
Amerikalı kolleksiyaçı və iş adamı Steven Krams 1917-ci ilədək çəkilən filmləri Rusiyaya hədiyyə etmək qərarına gəlib.
O, XX yüz ilin əvvəllərində çar Rusiyasında çəkilən və vətəndaş müharibəsi dönəmində ABŞ-a aparılan 350-dən çox filmi təmənnasız «Lenfilm» kinostudiyasına bağışlayacaq.
«RİA-Novosti»nin yaydığı xəbərə görə, razılaşma sənədini ABŞ adından Steven Krams və Rusiya adından «Lenfilmin»in direktorlar şurasının sədri Eduard Pichugin imzalayıblar.
Arasında rus səssiz kinosunun ulduzu Vera Kholodnayanın da çəkildiyi və indiyədək itmiş sayılan azı 50 filmin olduğu kolleksiya hüquqi proseduralar bitəndən sonra hər cür xərc və gömrük rüsumlarından azad şəkildə Rusiyaya gətiriləcək.
«FETİH-1453» ƏRƏB ÖLKƏLƏRİNİ DƏ FƏTH ETDİ
İstanbulun fəthindən bəhs edən «Fetih-1453» filmi sentyabrın 20-dən bəri eyni zamanda 12 ərəb ölkəsində göstərilir.
Qısa müddətdə 6 milyon yarımdan çox tamaşaçının izlədiyi bu ekran əsəri bütün zamanların ən çox baxılan türk filmi sayılır.
Qahirə və Dubayda keçirilən təqdimat mərasimlərinə filmin prodüser və rejissoru Faruk Aksoy və bütün yaradıcı heyət qatılıb.
Daha öncə film bir sıra Avropa ölkələrində maraqla qarşılanaraq kino tənqidçilərinin ayrıca diqqətini çəkmişdi.
Xəbəri Türkiyənin ensonhaber. com saytı yayıb.