Nyu-Yorkun «Open House» qalereyasında John Lennon'un sərgisi nümayiş olunacaq.
Xəbəri Associated Press yayıb.
Sərgi «The Beatles» qrupu ifaçısının 72-ci doğum gününə həsr olunacaq.
Lennon'un rəsmlərində şəxsi həyatından müxtəlif anlar və onun həyata—insanlığa, barışa, azadlığa baxışının əks olunduğu vurğulanır.
«Gimme Some Truth: The Artwork of John Lennon» adlanan sərgidə Lennon'un 1964-cü ildən 1980-ci ilə qədər çəkdiyi 100 rəsmi—karikaturaları, komiksləri toplanıb.
Rəsmlərin çoxu kağız üzərində tuşla çəkilib. Lennon rəsmlərini harada gəldi, orda çəkib—poçt kağızında, adi kartonda, mağaza çekində...
Sərgi cəmi 4 gün –oktyabrın 5-dən 9-dək davam edəcək.
Sərgini təşkil edənlər bu fikirdədirlər ki, Lennon'u təkcə bənzərsiz musiqiçi kimi tanımaq azdır. Əslində, onun rəssamlıq işləri də az maraq doğurmamalıdır.
Giriş pulsuzdur—amma təşkilatçılar sərgiyə baxmağa gələnlərdən xeyriyyə məqsədi ilə 2 dollar yığmaq fikrindədirlər.
Yığılan pullar meqapolisin aztəminatlı ailələrinə və evsiz-eşiksizlərə paylanacaq.
Təşkilatçılardan biri Lennon'un dul xanımı—rəssam Yoko Ono'dur.
Xəbərdə Lennon'un 3 rəsminin ilk dəfə sərgilənəcəyi vurğulanır. Yoko Ono müğənninin yeni rəsmlərini tapdığını bəyan edib.
O, Lennon'un rəsmlərinin tarixinin 1964-cü ildən başladığına da aydınlıq gətirib. Onun fikrincə, məhz bu ildən müğənninin rəsmləri daha cəsarətli və konseptual olmağa başlayıb.
Əfsanəvi müğənni Con Lennon 1957-1960-cı illərdə Liverpul Rəssamlıq Məktəbində təhsil alıb və ölümünə qədər (1980) rəssam kimi özünütəsdiqə can atıb.
Müğənninin dul xanımı 10 ildən çoxdur ki, onun yaradıcılığının fəal təbliğatçısına çevrilib.