-
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və «Xətai» Sənət Mərkəzi ilə birlikdə «Bakı dünən, bu gün və sabah» adlı rəssamların respublika sərgi-müsabiqəsini elan edib.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.
Xəbərdə deyilir ki, 2012-ci il oktyabrın 9-dan 2013-cü il aprel ayının 15-dək davam edəcək sərgi Heydər Əliyevin anadan olmasının 90, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illik yubileyinə həsr olunur.
Müsabiqəyə təqdim edilən əsərləri tanınmış rəssamlar və ixtisaslı mütəxəssislərdən ibarət 9 nəfərlik münsiflər heyəti yoxlayacaq.
Qaliblər müxtəlif nominasiyalar üzrə pul mükafatları ilə təltif ediləcəklər.
«Bakı dünən, bu gün və sabah» sərgi-müsabiqəsində iştirak etmək istəyən rəssamlar əsərlərini 2013-cü il mart ayının 15-dən 2013-cü il aprel ayının 15-dək Dövlət Rəsm Qalereyasına təqdim edə bilərlər.
Xəbərdə vurğulanır ki, müsabiqənin keçirilməsində məqsəd Bakı şəhərinin tarixi keçmişini, bu gününü və gələcək inkişafını əks etdirən, yüksək sənət tələblərinə uyğun yeni sənət əsərlərinin yaradılmasından ibarətdir.