Rədd edilən «Nobel» mükafatları

Mükafatlandırma mərasimi

-
Sən demə, çoxlarının xəyalını süsləyən «Nobel» mükafatlarını istəməyən, geri qaytaran, hətta yaşadıqları ölkələrdəki liderlərin basqısı ilə ala bilməyənlər də varmış.
Türkiyənin Habertürk saytı bu adamların siyahısını oxucularına təqdim edib.

ALINMAYAN «NOBEL»LƏR

Fransız yazıçısı Jean-Paul Sartre həyatı boyu ona verilən bütün mükafatları rədd edib. «Nobel» mükafatını da həmçinin. O, 1964-cü ildə «Nobel Ədəbiyyat» Mükafatını almayıb.

1973-cü ildə Vyetnamda əldə etdikləri sülhə görə ABŞ Xarici İşlər naziri Henry Kissinger və Vyetnamın Baş naziri Le Duc Tho o dönəmlərdə Vyetnamdakı vəziyyətlə bağlı mükafatı almayıb.

Almaniyada Hitler hökuməti Richard Kuhn (Kimya, 1938), Adolf Butenandt (Kimya, 1939) və Gerhard Domagk-ın (Fiziologiya və ya Tibb, 1939) mükafat almasına izin verməyib.

1958-ci ildə «Nobel Ədəbiyyat» Mükafatına layiq görülən Boris Pasternak Sovet İttifaqının təzyiqi ilə mükafatı rədd etməyə məcbur olub.

HƏBSDƏYKƏN MÜKAFATLANANLAR

Almaniyadan olan sülh uğrunda mübariz və yazıçı-jurnalist Carl fon Ossietzky 1935-ci ildə, Myanmanın demokratiya uğrunda mübariz müxalifət lideri Aung San Suu Kyi 1991-də və çinli müxalif yazar Liu Xiaobo 2010-da «Nobel Sülh» Mükafatına layiq görüldü. Aung San Suu Kyi 20 il sonra «Nobel» nitqini keçən il Osloda söyləyə bildi.

«NOBEL»İN ƏN»LƏRİ…

«Nobel Sülh» Mükafatına keçən il 241 namizəd göstərildi. Onlardan 53-ü örgüt idi. Amma mükafat qadın hüquqları uğrunda mübariz Ellen Johnson-Sirleaf, Leymah GboweeTawakkol Karman-a verildi.

Ən yaşlı «Nobel»çilər: Rus əsilli amerikalı iqtisadçı Leonid Hurwicz 2007-ci ildə 90 yaşında Nobel İqtisadiyyat Mükafatına layiq görüldü. Hurwicz 2008-ci ildə vəfat etdi.

2007-ci ildə ingilis yazıçısı Doris Lessing 87 yaşında «Nobel Ədəbiyyat» Mükafatını aldı.

Norveç - Liu Xiaobo-nun mükafatı boş oturacaqda... Oslo, 10 dekabr 2010

Ən yaşlı nobelçi adını italyan Rita Levi-Montalcini sahiblənib. 1986-cı ildə «Nobel Tibb» Mükafatına layiq görülən Levi-Montalcini-nin indi 103 yaşı var.

Ən cavanlar: Lawrence Bragg 1915-ci ildə 25 yaşındaykən atası William Bragg ilə «Nobel Fizika» Mükafatına layiq görüldü.

Ailəliklə «Nobel» qazananlar: Pierre Curie və həyat yoldaşı Marie Curie 1903-də Nobel-Fizika Mükafatını aldı. «Nobel» alan ilk qadın kimi tarixə düşən Marie Curie 1911-ci ildə «Nobel Kimya» Mükafatını da qazandı və iki «Nobel» sahibi kimi də tarixə düşdü. 1935-ci ildə Curie-lərin qızı Irene Joliot-Curie və əri Frederic Joliot «Nobel Kimya» Mükafatını aldılar. Irene-in bacısı Eve Curie 1965-də «Nobel Sülh» Mükafatına layiq görüldü. Bu mükafatı UNICEF adından alan Eve Curie UNICEF-in başqanı Henry Richardson Labouisse ilə ailə qurdu.

1901-ci ildən bu yana verilən «Nobel» Mükafatını ilk dəfə qazanan Marie Curie də daxil olmaqla 44 qadın ve 787 kişi alıb.

«Nobel Ədəbiyyat» Mükafatına ən çox ingilisdilli yazarlar damğasını vurub.
İngiliscə yazılan 26 kitab mükafat alıb. İngiliscəni fransızca, almanca və ispanca izləyib.