-
Picasso-nun «Zanbaqlarla natürmort» əsəri noyabrın 8-də New-York Sotheby's-də 41.5 milyona satılıb.
Xəbəri Agence France-Presse yayıb.
Pablo Picasso bu tablonu 1932-ci ildə çəkib.
Əvvəlcə əsəri 35-50 milyon arası qiymətə satmaq planlaşdırılıbmış.
Rəsmdə ilham pərisi və rəssamın sevgilisi Marie-Thérèse Walter təsvir olunub.
Bu xanımın rəsm olunduğu başqa bir Picasso tablosu isə həmin auksionda 17.2 milyona satılıb.
Auksionda impressionist və modernist rəssamların bir neçə əsəri də satışa çıxarılıb.
Məsələn, Claude Monet-nin «Buğda tarlası» əsəri 12.1 milyona, Paul Cézanne-ın «Ayaqüstə lüt-üryan» əsəri 5.3 milyona satılıb.
Bəxti gətirməyən əsərlər də olub.
Elə Pikcsso-nun iki işi— «Pamidor kolu» (10-15 milyon) və «Yaşıl paltarlı qadın» (6-8 milyon) tablosu alıcı tapa bilməyib və satışdan çıxarılıb.
Paul Cézanne-ın bir tablosu da bu aqibətlə razılaşmalı olub.
Auksionda cəmi 163 milyon dollarlıq əsər satılıb.
Reuters-in fikrincə, Sotheby's ən azı 170 milyon əldə edəcəyini planlaşdırıbmış.
Bir gün öncə--noyabrın 7-də New-Yorkda Sotheby's-nin rəqibi Christie's-in keçirdiyi hərracda rekord qeydə alınmışdı.
Wassily Kandinsky-nin «8 nömrəli improvizasiyaya eskiz» əsəri 23 milyona satılmışdı.
Christie's bu hərracda nə az, nə çox, düz 204.8 milyon məbləğində əsər satmışdı.
Hər iki hərrac evinin noyabrın ortalarında müasir incəsənət əsərlərinin yer aldığı daha bir satış keçirəcəyi bildirilir.