Yusif bəy Ustaclunun «Divan»ı çapdan çıxdı

Yusif bəy Ustaclunun «Divan»ı

-

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun «Yusif bəy Ustaclu. Divan» adlı kitabı çapdan çıxıb.

Xəbəri Əlyazmalar İnstitutunun saytı yayıb.

Kitabda Təbriz valisi olmuş, bir sıra tarixi hadisələrin iştirakçısına çevrilmiş XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun lirik şeirlər toplusu - divanı toplanıb.

Divan ilk dəfə Londonun Britaniya Muzeyi nüsxəsi əsasında müasir əlifba və faksimile (əlyazmanın surəti) ilə təqdim olunub.

«NUXA XANLARININ TARİXİ ƏHVALATI» KİTABI...

AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda daha bir kitab - «Nuxa xanlarının tarixi əhvalatı (əlyazmalar əsasında)» «Elm və təhsil» nəşriyyatında çapdan çıxıb.

Kitabda Şəkinin tarixinə dair Əlyazmalar İnstitutunda saxlanan iki əsər ilk dəfə olaraq müasir əlifba və faksimilesi ilə oxuculara təqdim olunur.