-
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda «Torpağa sancılmış qılınc» adlı silah sərgisi davam edir.
Xəbəri MEA-nın science.gov.az saytı yayıb.
Xəbərdə bildirilir ki, sərgidə qədim və orta əsrlər dövründə Azərbaycanda istehsal olunmuş, ölkənin hərb tarixinin parlaq səhifələrini əks etdirən zireh və qalxanlar, qılınc və xəncər, tüfəng və tapançalar və s. silah növləri nümayiş olunur.
Buradakı hər bir eksponat dövrün mahir ustaları tərəfindən düzəldilmiş yüksək keyfiyyətli silah olmaqla yanaşı, həm də əvəzsiz sənətkarlıq nümunəsi sayılır.
Müxtəlif dövrləri əhatə edən arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş, həmçinin vətəndaşların, qurumların muzeyə hədiyyə etdikləri və ya muzey tərəfindən alınmış eksponatlar da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə ümumilikdə yüzdən artıq eksponat nümayiş etdirilir.
Sərginin açılışı münasibətilə muzey tərəfindən «Azərbaycanın müdafiə silahları» kataloqu da nəşr olunub.
Oktyabrın 5-də açılan sərgi 2013-cü il yanvarın 15-dək davam edəcək.
Tələsin.