Günel Anarqızı ikinci audio-kitabını təqdim etdi

Günel Anarqızı

-
Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda yazıçı-publisist Günel Anarqızının «Qarabağ hekayələri» adlı audio-kitabının təqdimatı keçirilib.

Bu, Günel Anarqızının ikinci audio-kitabıdır.

Tədbirdə çıxış edən yazıçı xanım 2002-2006-cı illərdə yazdığı hekayələrin bir neçə dəfə çap olunduğunu, audio-kitab halında isə ilk dəfə çıxdığını vurğulayıb.

Hekayələri tanınmış isimlər – aktyorlar Fəxrəddin Manafov, Şükufə Yusupova, Mehriban Zəki, aparıcılar Nərgiz Cəlilova və Emin Musəvi səsləndirib.

Audio-kitab iki dildə hazırlanıb. Topluda bu hekayələr səsləndirilib: «Ataya», «Şuşam», «Ağac», «Qadın üzlü şəhər», «Arzu» və «Keçmişə sarı».

Kitab «Bank Standart»ın maliyyə dəstəyi ilə nəşr olunub.