Xocalı faciəsini yaşatmaqla nəyə nail oluruq?
Sizin brauzer HTML5-i dəstəkləmir
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edib. Əməliyyat zamanı dinc əhaliyə divan tutulub, 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.