-
“Yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər məsuliyyətə cəlb olunacaq”.
Bunu Trend-ə açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
Şöbə rəisinə görə, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.
“Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir”.
“Yol hərəkəti haqqında” qanuna görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.