Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, 6 nəfər yaralanıb

Arxiv foto

-
Bakıda təcili tibbi yardım maşını ağır qəzaya düşüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində baş verib.
“Toyota Rav 4” markalı avtomobilin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının “Mercedes” markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb.
Yaralılar arasında təcili tibbi yardım briqadasının sürücüsü, tibbi heyəti və xəstəxanaya aparılan şəxs də var.
Faktla bağlı araşdırmalar aparılır.