Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Vitali Kramarenko «Azadlıq» radiosuna bildirib ki, Azərbaycandakı birbaşa investisiyaların 90 faizi neft sektoruna yönəlib. Sektordakı layihələr – BTC neft kəməri, iri yataqların işlənməsi və s. artıq başa çatdığından gəlir gətirməyə başlayıb. İndi investorlar öz yatırımlarının bəhrəsini görürlər. Cənab Kramarenko onu da bildirib ki, sözügedən sektordakı az qala bütün layihələr 2007-ci ildə artıq tamamlanacağından, düşünmək olar ki, Azərbaycana qoyulan investisiyaların həcmi həmin vaxtdan kəskin şəkildə azalacaq.
Hesabatda birbaşa investisiyaların həmçinin Cənubi Avropa və MDB-nin bəzi ölkələrində də 2005-ci ildən bu yana azaldığı bildirilir.