Tbilisi zooparkından qaçan pələngin cəsədi tapılıb

-

Gürcüstan paytaxtında daşqından sonra itkin düşmüş sonuncu heyvanın – pələngin cəsədi üzgüçülük kompleksindən tapılıb. İyulun 5-də Tbilisi zooparkının direktoru Zuraba Gurielidze jurnalistlərə deyib ki, bu, itkin düşmüş heyvanlardan sonuncudur.

Daşqında 3 zoopark işçisi daxil olmaqla, 19 nəfər həlak olmuşdu. Zooparkdakı 600 heyvandan yarıdan çoxu məhv olub.

Pələnglərdən biri bir neçə gün axtarılıb, bir nəfəri caynağına keçirən zaman polis tərəfindən güllələnib.