Yerevan polisi 2 həftədir ki, bağlanmış Bagramyan prospektindəki barrikadaları dağıdıb.
Polis bundan əvvəl prospekti boşaltmaq üçün aksiyaçılarayerli vaxtla saat 12:30-dək vaxt vermişdi.
Amma aksiyaçılar bunu etmədiyindən polis barrikadaları sökməyə başlayıb.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə,bu təxminən saat 12-40 radələrində baş verib və toqquşma olmayıb.
Hazırda prospektdə hərəkət bərpa olunub.
2 həftədən çox idi ki, prospekti bağlayan aksiyaçılar ölkədə elektrik enerjisinin bahalaşmasına etiraz edirlər.
Aksiyaçılar Elektrik enerjisinin bahalaşması ilə bağlı xüsusi komissiyanın qərarının dəyişdirilməsi, iyunun 23-də nümayiş dağıdılarkən aksiyaçılar və jurnalistlərə qarşı zorakılığa görə cavabdehlik daşıyanlar və bu əmri verənlərin cəzalandırılması və mövcud tariflərə yenidən baxılmasını tələb edirdilər.
Polis iyunun 23-də aksiyanı dağıdarkən bir neçə jurnalist də daxil olmaqla 230-dan çox adam saxlanmışdı.
Toqquşma zamanı həmçinin polislər də daxil olmaqla təxminən 20 nəfər xəsarət alıb.
Saxlananların hamısı elə həmin gün sərbəst buraxıldı və axşam meydana daha çox adam yığışdı.