Rəis müavini: "Tərxisin yubanması yalandır"

Novruzəli Orucov

-

«Həqiqi hərbi xidmət müddətini başa vurmuş müddətli hərbi qulluqçuların saxlanaraq ehtiyata buraxılmaması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir».

Trend xəbər verir ki, bunu iyulun 8-də jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucov deyib.

Novruzəli Orucov bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: «Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir».

N.Orucov onu da deyib ki, gənclərin orduya marağı çox böyükdür: «Orduya çağırışdan yayınma halları demək olar ki, yoxdur. Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarından sonra gənclərimiz Vətənin xidmətində durmaq üçün daha da həvəsləniblər».