Türkiyədə dövlət teatrlarına qəribə qadağa

Teatrdan bir səhnə.

-

Türkiyədə yeni mövsümdə dövlət teatrlarında xarici tamaşalar oynamaq qadağan olunur.

Türkiyədə sentyabrın 4-ü 8 tamaşa ilə 65 ayrı teatrda mövsümü açacaq dövlət teatrlarında b ildən ancaq yerli yazıçıların əsərləri oynanılacaq. Bunu Türkiyədə dövlət teatrları idarəsinin rəhbəri Nejat Birecik bildirib, o bu addım “Milli-mənəvi hissləri möhkəmləndirmək üçün humanist vətən millətçiləri olan teatr sənətkarlarının vətənin bütövlüyünə dəstək olması üçün atılıb”.

Türkiyənin baş naziri Binali Yıldırım isə bu xəbəri “müjdə” kimi xarakterizə edərək: “2016-2017-ci il mövsümündə teatrımızda ancaq yerli tamaşalar səhnələşdiriləcək” – desə də, sonradan Türkiyənin Mədəniyyət və Turizm nazirliyi bu xəbərin xarici tamaşalara yer verilməyəcəyi kimi anlaşılmamalı olduğunu bildirib.

Buna da bax: "Burhan Sönmez: Türkiyədə iki şər qüvvə toqquşub"

Siyahılar hazırlayıb teatr ustalarını sorğu-suala çağırırlar

Teatrlara qoyulan bu qadağa türk teatr adamları arasında birmənalı qarşılanmayıb. Tanınmış türk aktyorlarından biri Orhan Aydın məsələ ilə bağlı “Sol Haber” qəzetinə deyib ki, bu qadağançılıqdır və Türkiyə tarixində ilk belə hadisədir.

Bundan əlavə Orhan Aydın Dövlət Teatrları idarəsinin əyalətlərdə olan teatr rəhbərlərinə onlarca aktyor və rejissoru işdən çıxartmaq üçün siyahılar yollayıb.

Buna da bax: Türk yazıçısı həbsxanadan yazır: "Su vermirlər"

“Həm dövlət teatrlarında, həm də opera-balet, sinfoniya və xorlarda olan teatr sənətçilərinin siyahıları hazırlanır və sorğu-suala çağırılır”. – deyə Orhan Aydın bildirib.