Azərbaycan şahmatçıları Latviya yığmasını məğlub edib
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişilərdən ibarət əsas milli komandası Latviya yığmasına qalib gəlib. İkinci yığma Finlandiyanı, üçüncü yığma isə Dominikan millisini məğlub edib.
Maraqla qarşılanan Rusiya-ABŞ oyunu heç-heçəylə sona çatıb.
Sentyabrın 11-də Azərbaycanın əsas milli komandası Rusiya yığmasıyla qarşılaşacaq.
Buna da bax: Şahmat Olimpiadasının açılış mərasimi keçirilir
8 turdan sonra Azərbaycan 13 xalla 5-ci yerdədir.
ABŞ birinci, Hindistan ikinci, Ukrayna üçüncü, Rusiya isə dördüncü yerdədir.